Rusiya qazının İtaliyaya, "Qazprom"un Almaniyadan sonra ikinci ixrac bazarına yeni təchizatçı olan Azərbaycanın çıxması ilə əlaqədar 2021-ci ildə təchizatda "müəyyən dalğalanmalar" yarana bilər.
TANAP boru kəməri vasitəsilə Azərbaycandan kommersiya qazının Türkiyənin qərb hissəsinə nəqlinə 2018-ci ilin III rübündə başlanılıb. Gələcəkdə qazın 10 milyard kubmetr gücə malik Trans-Adriatik boru kəməri (TAP) ilə Yunanıstan, Albaniya və İtaliyaya nəqli üçün 2020-ci ilin III rübündə TANAP-ın layihə gücü ildə 16 milyard kubmetrə çatdırılıb. Azərbaycandan İtaliyaya qaz təchizatını nəzərdə tutan Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də ilk kommersiya nəqlinə başlayıb.
"TAP 2021-ci ilin I-II rüblərində Yunanıstan və İtaliya sərhədində illik 8 milyard kubmetr həcmində layihə gücünə çıxdıqdan sonra bu, bazarın boru kəməri qazının yeni mənbəyinə uyğunlaşması dövründə digər təchizatçıların İtaliyaya tədarük həcmlərində müəyyən dalğalanmalara səbəb ola bilər", - deyə “İnterfaks-Azərbaycan” agentliyi “Qazprom” şirkətinin rüblük hesabatına istindən xəbər verir.
İtaliyanın “Snam” qaz nəqliyyat operatorunun məlumatına görə, TAP qaz kəməri ilə İtaliyaya qaz nəqlinə 30 dekabr 2020-ci ildə başlanılıb, nəql həcmi sutkada 10 milyon kubmetrə qədərdir. Əgər dekabr ayında Avstriya vasitəsilə (fiziki olaraq yalnız Rusiya qazı) İtaliya sutkada 82 milyon kubmetr qaz alırdısa, yanvar ayında bu rəqəm sutkada 92 milyon kubmetr təşkil edib, fevralda isə nəqlin gündəlik həcmi 52 milyon kubmetrə qədər azalıb (14 günə dair məlumatlar), halbuki bir il əvvəl bu göstərici sutkada 58 milyon kubmetrə bərabər olub.*
Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidentinə təqdim edib
Azərbaycan XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
“Qalatasaray” xeyriyyə matçında “Qarabağ” üzərində qələbə qazanıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Mişel və Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək