Azərbaycan və Türkiyə birgə investisiya fondunun yaradılması üzəriondə fəal iş aparır. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Cari ilin fevral ayında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində Birgə İnvestisiya Fondunun yaradılmasına dair razılıq əldə olunub. Hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Türkiyə Rifah Fondu arasında İnvestisiya Fondunun yaradılması imkanına dair danışıqlar aparılır və iş böyük sürətlə davam edir”, - Cabbarov cümə günü Azərbaycan-Türkiyə iqtisadi əlaqələrə həsr olunan “dəyirmi masa”nın iclasında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan sərmayələrinin həcminə görə ölkələr arasında Türkiyə birinci yerdədir.
“Türkiyəyə Azərbaycan sərmayələrinin həcmi $19 milyarda yaxınlaşır. Öz növbəsində, Türkiyə Azərbaycan iqtisadiyyatına $13 milyarda yaxın sərmayə yatırıb. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna sərmayələr üzrə Türkiyə birinci yerdədir. Hazırda ölkədə Türkiyə kapitalı ilə 4,2 min şirkət fəaliyyət göstərir. Türkiyə şirkətləri Azərbaycanda $16,3 milyard məbləğində 300-dən artıq layihədən artıq çərçivəsində işlər icra ediblər”, - Cabbarov əlavə edib.
Nazir vurğulayıb ki, Azərbaycan Qarabağda azad olunan ərazilərdə “Böyük qayıdış” strategiyasının reallaşdırılması çərçivəsində Türkiyə şirkətləri ilə bütün formalarda əməkdaşlıqda maraqlıdır.
“Qarabağda müxtəlif bərpa işləri çərçivəsində Türkiyə şirkətlərinə üstünlük veririk. Sevindirici haldır ki, türkiyəli iş adamları bu işlərdə iştiraka çox sayda təkliflər yönəldirlər. Azad olunmuş ərazilərdə müvafiq infrastrukturun yaradılması prosesinə bir sıra Türkiyə şirkətləri artıq cəlb olunub və biz bu istiqamətdə Türkiyə ilə fəal əməkdaşlığı davam etdirəcəyik”, - Azərbaycanın iqtisadiyyat naziri əlavə edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət