“Trans Adriatic Pipeline AG” (TAP AG) konsorsiumu illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəmərinin (TAP) ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə 3 ssenarini nəzərdən keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“Hazırda “TAP AG” genişləndirimənin 3 ssenarisini təklif edir: məhdud – illik 14,4 milyard kubmetrədək, qismən – illik 17,1 milyard kubmetrədək və tam – illik 20 milyard kubmetrədək”, - şirkətin məlumatında TAP-ın kommersiya direktoru Mariya Savovanın(Marija Savova) sözlərindən sitat gətirilir.
O, həmçinin qeyd edib ki, 16 may 2021-ci il tarixindən TAP qaz kəmərinin güclərinin genişləndirilməsi məqsədilə bazar sınaqları icbari mərhələsindən öncə iki aylıq informasiya mərhələsi start götürüb.
“Cari il 17 iyul tarixindən bazar sınaqları icbari mərhələsi başlayacaq, bu zaman maraqlı olan şirkətlər iyulun 20-si də daxil olmaqla boru kəmərinin gücləri üçün sorğu verə bilərlər. İcbari mərhələ may ayında İtaliyanın Snam Rete Gas operatoru və Yunanıstanın DESFA şikəti tərəfindən hazırlanan TAP-ın layihə təklifi təsdiq olunduqdan sonra başlayacaq”, - məlumatda deyilir.
Şirkətin məlumatına görə, bazarın sınaqı – tənzimlənən prosesdir, bunun vasitəsilə yük göndərənlər TAP-ın yeni uzunmüddətli güclərinə çıxış əldə edə bilərlər, bu da qaz kəmərinin ötürmə qabiliyyətini illik 20 milyard kubmetrədək artırmağa imkan verəcək.
“TAP ilə qaz nəqlinə başlanandan 4.5 ay sonra biz bu qaz kəməri ilə 2 milyard kubmetrdən çox qaz nəql etmişik. TAP-ın güclərinin mərhələli çəkildə genişləndirilməsi, müvafiq tələb və təklifə əsasən, xüsusilə Cənub-Şərqi Avropa regionunun ölkələri üçün çox yaxşı imkandır, bu onlara karbonsızlaşdırılma üzrə hədəflərinə çatmağa imkan verə bilər”, - məlumatda TAP-ın icraçı direktoru Luka Şipatinin (Luca Schieppati) sözlərinə istinad olunur.
Öncə Şipati bəyan edib ki, TAP AG oktyabr ayına qədər Trans-Adriatik qaz kəmərinin bazar sınaqları icbari mərhələsinin yekunları üzrə aydınlıq gözləyir.
Xəbər verildiyi kimi, TAP qaz kəməri ilə Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
2021-ci ildə CQD ilə Azərbaycandan Avropaya 5 milyard kubmetrdən çox qaz nəql olunacaq.
“TAP AG” konsorsiumu 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur.Qaz kəmərinin ötürmə qabiliyyəti onun gücünü ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət