Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) koronavirus (COVID-19) infeksiyasının mənfi tibbi, sosial və iqtisadi təsirlərinin azaldılması üzrə hərtərəfli planın həyata keçirilməsinə yardım məqsədilə Azərbaycana $100 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, kredit iyulun 15-də təsdiqlənsə də, bankın saytında bununla bağlı məlumat bu həftə dərc olunub.
“Proqramın məqsədi Azərbaycan hökumətinin COVID-19 pandemiyasının əhalinin sağlamlığına, gəlirlərinə və iqtisadi imkanlarına, həmçinin makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılmasına yönəlmiş maliyyə dəstəyi tədbirlərini dəstəkləməkdir”, - deyə bankın materiallarında bildirilir.
Azərbaycan hökuməti 2021-ci ildə COVID-19 infeksiyasının mənfi təsirlərinin yumşaldılmasına yönəldilmiş əlavə maliyyə dəstəyi proqramını $1 milyard 773,2 milyon məbləğində qiymətləndirir. “Bunun $100 milyonu AIIB-in, $250 milyonu Asiya İnkişaf Bankının krediti (2021-ci il iyulun 7-də təsdiq edilib), qalan $1 milyard 423,2 milyonu isə Azərbaycan hökumətinin vəsaitidir”, - deyə sənədlərdə qeyd olunur.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2020-2021-ci illərdə COVID-19-a qarşı sosial və maliyyə dəstəyi paketini 3,5 milyard manat ($2,06 milyard) məbləğində qiymətləndirir. 2020-ci ildə proqram çərçivəsində 2,5 milyard manat (təxminən $1,5 milyard), o cümlədən dövlət büdcəsindən 2 milyard manat (təxminən $1,2 milyard) yönəldilib.
Bu, bankın Azərbaycana ayırdığı ikinci kreditdir. 2016-cı ilin dekabr ayında AIIB TANAP qaz kəmərinin tikintisi üçün Azərbaycana $600 milyon məbləğində kredit ayırıb.
Mənzil-qərargahı Pekində yerləşən AIIB 2015-ci ilin sonunda 57 ölkə tərəfindən təsis edilib. Azərbaycan 2016-cı ilin iyun ayında bankda üzvlüklə bağlı prosedurları başa çatdırıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət