Azərbaycan OPEC+ əməkdaşlıq formatını effektiv hesab edir və gələcəkdə razılaşmanın iştirakçısı olan ölkələr arasında məsləhətləşmələr prosesində fəal iştirak etməyi planlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Qeyd etmək istəyirəm ki, OPEC+ formatının yaradılması təşəbbüsü ilk dəfə 2016-cı ilin yanvar ayında Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Davos Forumunda irəli sürülüb. OPEC+ çərçivəsində əməkdaşlıq bu günə kimi mühüm əhəmiyyət kəsb edir, xüsusilə də COVID-19 pandemiyasının davam edən təsiri kontekstində”, - deyə Şahbazov “Нефтегазовая вертикаль” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, OPEC+ formatında əməkdaşlıq Bəyannaməni imzalayan neft istehsalçıları və ixracatçılarının maraqlarına xidmət etməklə yanaşı, həm də dünya neft bazarında tarazlığın təmin edilməsində mühüm rol oynayır.
“Məhz OPEC+ çərçivəsində əməkdaşlıq sayəsində dünya bazarında müəyyən tarazlıq və neft hasil edən ölkələr üçün nisbətən münasib qiymət səviyyəsi təmin olunub”, - deyə nazir qeyd edib.
Şahbazov əlavə edib ki, Azərbaycan bu formatın işində fəal iştirak edir. “Azərbaycan 2020-ci il aprel ayının 12-də OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 10-cu iclasında qəbul edilmiş və gündəlik neft hasilatının üç mərhələdə azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nin təsdiq edilməsi barədə qərarı dəstəkləyib. Düşünürəm ki, OPEC+ formatında qəbul edilən qərarların və atılan addımların doğruluğu şübhə doğurmur. Azərbaycan dünya neft bazarının sabitləşməsinə yönəlmiş tədbirləri dəstəkləyir, fəal iştirakçıdır və OPEC+ ölkələri arasında konsensusa nail olunması məqsədilə gələcəkdə də məsləhətləşmələr prosesində fəal iştirak etməyi planlaşdırır”, - deyə energetika naziri vurğulayıb.*
N.Abbasova
Həsənov: “Heç kəs bizimlə təhdid dilində danışa bilməz”
XİN: Fransanın rəsmi qurumları Azərbaycana qarşı təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır
Azərbaycanda 64 nəfər COVID-19-a yoluxub
Dağıstanın turizm potensialı “AITF 2023” sərgisində təqdim olunacaq
Formula 1 üzrə Azərbaycan Qran Prisinin yeni formatda keçirilməsi təklif edilib
Azərbaycanın şimal-qərbində avtomobil yolunun tikintisi üçün AAYDA-ya 6,7 milyon manat ayrılır
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Erməni hərbçilər arasında atışma nəticəsində bir nəfər ölüb
KTMT Ermənistana missiya göndərmək üçün layihə hazırlayıb
Tasmaqambetov: Cənubi Qafqazda vəziyyət sabitliyin pozulmasına səbəb ola bilər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Caspian Energy MEETUP Yaşıl Enerji keçidinin lobbisini həyata keçirir
AccessBank-dan qızıl kimi dəyərli kredit!
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək