Azərbaycanın azad edilmiş ərazilərində heyvan xəstəliklərindən azad zona yaradılacaq. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəyan edib.
“Hazırda heyvanların identifikasiyası və qeydiyyat sisteminin yaradılması istiqamətində proqram təminatının yaradılması və test sınaqlarının keçirilməsində operativliyin, o cümlədən sınaq müddətində sonrakı fəaliyyətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvan xəstəliklərindən azad zonaların yaradılması ilə bağı hüquqi bazanın yaradılması və təşkilati işlərin görülməsinə başlanılıb”, - Təhməzli cümə axşamı 9 ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O, həmçinin bildirib ki, bu sistemi tətbiq etməklə bütün heyvanları izləmək mümkün olacaq.
“Heyvanların hamısının keçirdiyi xəstəliklər, vaksinasiyası barədə məlumatlar, hansı təsərrüfata aid olduğu barədə məlumatlar sistemdə əksini tapacaq. Heyvan xəstəlikləri üzərində dövlət nəzarətinin təmin olması heyvan mənşəli məhsulların ixracının artmasına imkan verəcək”, - Təhməzli vurğulayıb.
AQTA-nın şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev“İnterfaks-Azərbaycan”a izah edib ki, bu zonalarda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (World Organisation for Animal Health) tələblərinə uyğun olaraq xüsusi baytarlıq rejimi yaradılacaq. “Bu, bizə bu zonadan heyvan mənşəli məhsulların dünyanın istənilən nöqtəsinə ixracını həyata keçirməyə imkan verəcək”, - o vurğulayıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət