Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsini təsdiq edib.
Dövlət başçısının saytında dərc olunan sənədə əsasən, Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
7 üzvdən ibarət Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
Müşahidə Şurasına İqtisadiyyat Nazirliyinin 4 üzvü, Kənd Təsərrüfatı Nazirliyinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (hər qurumdan bir nəfər olmaqla) nümayəndələri daxildir. Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir. Şuranın sədri və sədrinin müavini Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən Şura üzvləri sırasından 5 il müddətinə vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Müşahidə Şurası ictimai əsaslarla fəaliyyət göstərir.
Sənədə əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnamə fondunun məbləği 60,5 milyon manat həcmində təsdiq edilib. **
Xəbər verildiyi kimi, 22 yanvar 2021-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır.
Yeni Agentliyin tərkibinə Azrbaycanda fəaliyyət göstərən bütün sənaye parkları (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələri (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparklar daxil olacaq. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət