Ağdam Sənaye Parkının rezidenti statusu verilən 5 şirkətin sərmayələri 36,6 milyon manat təşkil edəcək.
Hazırda beş şirkətə sənaye parkının rezidenti statusu verilib: “Dadaş-N” MMC, “Veliev” MMC, “Smartpoint” MMC, "Ağ Tekstil" MMC və "Ram Beynəlxalq Nəqliyyat və Ticarət" MMC.
“Dadaş-N” MMC Ağdam Sənaye Parkında müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadrat metrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
“Veliev” MMC tərəfindən “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səki və divar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və s. istehsalı nəzərdə tutulur. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvardat metr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır.
“Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır.Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.
"Ağ Tekstil" MMC tərəfindən "Uniforma, xüsusi və fərdi geyimlərin istehsalı" layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində uniforma, xüsusi və fərdi geyimlərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 5,5 milyon manatdır. Sənaye Parkının 1 hektar ərazisində inşa ediləcək müəssisədə 110 daimi iş yeri yaradılacaq.
"Ram Beynəlxalq Nəqliyyat və Ticarət" MMC tərəfindən "Polimer məhsulların istehsalı" layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində müxtəlif çeşidli iri kisələrin və iri həcmli plastik konteynerlərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 10 milyon manatdır. Sənaye Parkının 3 hektar ərazisində inşa ediləcək müəssisədə 500 daimi iş yeri yaradılacaq. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Avropa və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.
2021-ci il mayın 28-də Azərbaycan prezidenti İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Parka 190 hektar ərazi ayrılıb. Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.
Ortamüddətli və uzunmüddətli perspektivdə investisiyaların həcmi 100 milyon manat həcmində qiymətləndirilir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət