Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisini 40%-ə çatdırmağı planlaşdırır.
AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər ki, 2021-ci ilin yekunları üzrə bu göstərici 2020-ci illə müqayisədə 9.1% bəndi yüksələrək 31.8%-ə bərabər olub.
“2021-ci il ərzində Azərbaycan daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2020-ci ililə müqayisədə 29% artaraq 38 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 79.6% artaraq 11.5 milyard manat olub”, - deyə məlumatda bildirilir.
Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2021-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2020-ci illə müqayisədə 57.5% artaraq 110 milyon ədəd, həcmi isə 81% artaraq 7.5 milyard manat olub.
1 yanvar 2022-ci il tarixinə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 11.5 milyon ədəd təşkil edib və bu kartların 65%-i təmassız ödənişləri dəstəkləyib. “2020-ci illə müqayisədə ödəniş kartlarının sayı 20%, o cümlədən təmassız kartların sayı 2 dəfə artıb”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov
Azərbaycanda COVID-19-a 6 yoluxma faktı qeydə alınıb
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 400 milyon manatdan çox vəsait qaytarılıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
İrəvan Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı şərhlərini təqdim edəcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək