Asiya İnkişaf Bankı (AİB) Azərbaycan hökumətini iri dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqinə yönəlmiş islahatların genişləndirilməsini davam etdirməyə və özəlləşdirməyə çıxarılan müəssisələrin maliyyə sağlamlaşdırılmasına daha çox diqqət yetirməyə çağırır.
“2019-cu ilin iyun ayında dövlət müəssisələrində islahatlar proqramının həyata keçirilməsinə başlanılıb. Xüsusilə korporativ idarəetmə qaydaları və standartları, o cümlədən dövlət müəssisələrinin səmərəliliyinin qiymətləndirilməsi qaydaları qəbul edilib, göstərilən nəticələr əsasında mükafatlandırma sistemi yaradılıb. 2020-ci ilin avqust ayında Azərbaycan İnvestisiya Holdinqi yaradılıb və bir çoxu zərərlə işləyən dövlət müəssisələri onun idarəetməsinə verilib. Bütün iri dövlət müəssisələrində Müşahidə şuraları yaradılıb”, - deyə bu gün AİB-in saytında dərc olunmuş “Asian Development Outlook 2022” icmalında bildirilir.
AİB Azərbaycan hökumətini bu istiqamətdə islahatları genişləndirməyə çağırır. “Bu islahatlar çərçivəsində dövlət satınalmaları prosedurlarını təkmilləşdirmək, keyfiyyətli dividend siyasəti yaratmaq, dövlət müəssisələri rəhbərlərinin təyin edilməsi sistemini dəyişmək, yeni mükafatlandırma sistemi yaratmaq və s. lazımdır. Bundan başqa, dövlət müəssisələrinin rüblük maliyyə hesabatlarının, strategiyalarının, onların fəaliyyətinin yekunlarının, xarici auditorların rəylərinin şəffaflığı artırılmalıdır. Bununla yanaşı, özəlləşdirməyə açıq olan dövlət müəssisələrinin maliyyə sağlamlaşdırılmasına daha çox diqqət göstərilməlidir”, - deyə icmalda vurğulanır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bank dövlət müəssisələrinin Azərbaycan iqtisadiyyatında mühüm rol oynadığını qeyd edir: 14 iri dövlət müəssisəsi dövlət büdcəsinə bütün vergi daxilolmalarının dörddə birini təmin edir, ən iri vergi ödəyicisi isə Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).
Bununla belə, AİB qeyd edir ki, dövlət büdcəsi bir çox müəssisənin fəaliyyətinin səmərəsizliyi, onların borc yükünün yüksək olması, zərərlə və ödəmə qabiliyyətinin itirilməsi riski ilə işləməsi səbəbindən ciddi risklərlə üzləşir. Dövlət müəssisələrinin zərərlə işləməsi çox zaman onların qeyri-profil xidmətlər göstərməsindən də irəli gəlir. “Dövlət müəssisələrinin səmərəsiz fəaliyyəti bütövlükdə Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir”, - deyə bank vurğulayır.
AİB-in qiymətləndirmələrinə görə, dövlət müəssisələrinin fəaliyyətinin səmərəsiz olmasının daha bir səbəbi onların məşğulluq və sosial təminat sahəsində dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etmələri ilə bağlıdır. Bundan əlavə, demək olar ki, bütün dövlət müəssisələrinin maliyyə vəziyyəti pis olduğu üçün onların dövlət büdcəsindən dəstəyə ehtiyacı var.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət