Belarus dünyada ərzaq təminatı ilə bağlı problemlər fonunda Azərbaycanla ərzaq məhsullarının qarşılıqlı tədarükünün artırılmasında maraqlıdır. Bunu Belarusun baş naziri Roman Qolovçenko deyib.
“Əlbəttə ki, bu mövzuya xüsusi diqqət ayırmaq, Belarus və Azərbaycanın ərzaq təhlükəsizliyini təmin etmək lazımdır. Biz həm Azərbaycana süd və ət məhsullarının tədarükünün inkişafında, həm də Azərbaycanın meyvə-tərəvəz məhsullarının Belarusa tədarükündə maraqlıyıq”, - deyə Qolovçenko bu gün Bakıda Azərbaycanın baş naziri Əli Əsədovla görüşdə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin BELTA agentliyinə istinadən verdiyi məlumata görə, belaruslu baş nazir qeyd edib ki, Belarus müəssisələri bu günlərdə öz məhsullarını Bakıda keçirilən “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərində təqdim edirlər.
Ə.Əsədov öz növbəsində, pandemiya ilə əlaqədar məhdudiyyətlərin bir daha olmayacağına və əyani görüşlər üçün daha çox imkan yaranacağına ümidvar olduğunu bildirib. “İki ölkə arasında münasibətlərin səmimi, dostluq xarakteri daşıdığını vurğulayan baş nazir bu əlaqələrin gələcək inkişafına ümid etdiyini deyib. O, Belarus maşınqayırma kompleksinin məhsullarının Azərbaycanda geniş təmsil olunduğunu, ərzaq sahəsində də perspektivlərin olduğunu diqqətə çatdırıb”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət