2022-ci ilin yekunları üzrə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi rekord göstəriciyə - təxminən $4 milyarda çata bilər. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
“Ümid edək ki, bu ilin yekunları üzrə ticarət dövriyyəmiz rekord səviyyəyə - təxminən $4 milyarda çata biləcək. İstənilən halda biz bunun baş verməsi üçün əlimizdən gələni edəcəyik, belə bir artım üçün bütün zəminlər var”, - deyə Boçarnikov “Bakinskiy raboçiy” qəzetinə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin 4 ayı ərzində ticarət dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,44% - $893,5 milyona qədər artıb.
O vurğulayıb ki, Azərbaycanın neft sektoruna yatırılan Rusiya sərmayələrinin həcmi $5 milyard, qeyri-neft sektoruna - $1,3 milyard, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına kapital qoyuluşu isə $1,2 milyard təşkil edir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, səfir qeyd edib ki, Rusiya-Azərbaycan ticarət dövriyyəsinin səciyyəvi fərqi “daha çox iqtisadiyyatın qeyri-neft sektoruna istiqamətlənmədir”: “Bununla o, Azərbaycanın bir sıra digər ölkələrlə ticarət dövriyyəsindən fərqlənir, həm də Bakının xeyrinə”.
Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların sayının artmasına baxmayaraq, rəsmi Moskva dostluq münasibətləri ilə əlaqədar Bakı ilə iqtisadi əlaqələrin pisləşəcəyini gözləmir. “Azərbaycan bizim üçün dost ölkədir, müstəqil xarici siyasət yürüdür və bizə qarşı sanksiyalar tətbiq edənlərə qoşulmur, biz bunu yüksək qiymətləndiririk. Lakin Rusiyaya qarşı tətbiq edilən qeyri-qanuni sanksiyalar nəticəsində bütövlükdə beynəlxalq vəziyyət bir qədər dəyişib”, - deyə Boçarnikov vurğulayıb.
Bununla yanaşı, səfir qeyd edib ki, sanksiyalara baxmayaraq, iqtisadi əlaqələr, əksinə, intensivləşir. “Bu, ilk növbədə, ərzaq mövzusuna və kənd təsərrüfatı məhsulları ilə təchizata aiddir. Dövlətlərimiz arasında ixracın əsasını kənd təsərrüfatı malları və ərzaq məhsullarının təşkil etdiyini nəzərə alsaq, bu amilin əhəmiyyəti artacaq və qarşılıqlı ticarət dövriyyəsində faiz dərəcəsi daha da çox ola bilər”, - deyə diplomat əlavə edib.
RF Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi $3,4 milyard (2020-ci illə müqayisədə +16%) təşkil edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət