Azərbaycan prezdenti İlham Əliyev hökuməti elektrik enerjisinin ixrac potensialının illik 5 MVt-a qədər artırılması üçün tədbirlər həyata keçirməyə, həmçinin potensial alıcı ölkələrlə danışıqlara başlamağa çağırıb.
“Zəngəzur (enerji - İF) dəhlizi, Qara dənizin altından çəkiləcək kabel, ənənəvi Azərbaycan-Gürcüstan-Türkiyə yolu, İran-Azərbaycan elektrik bağlantısı - bütün bu infrastruktura yenidən baxmaq lazımdır. Əgər biz orta hesabla, belə demək mümkünsə, ildə 1 min meqavat gücündə elektrik enerjisini ixrac edə biliriksə, bizdə elə potensial olmalıdır ki, 5 min meqavat gücündə elektrik enerjisini ixrac edə bilək”, - Əliyev cümə günü cari ilin ilk yarımilliyinin yekunlarına həsr olunan müşavirədə bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar “Azərenerji”yə tapşırıqverilib.
Prezident, həmçinin hökumətə və aidiyyəti qurumlara da tapşırıq verib ki, “bu işi əsaslı etməliyik”. “Yəni, əlavə 1 min meqavat, yaxud da 1,5 min meqavatla kifayətlənmək lazım deyil. Bəlkə də daha böyük investisiyalar qoyaq, amma elə edək ki, sabah bizdə artıq enerji hasil ediləndə ixracla problem olmasın”, - Əliyev deyib.
O cümlədən, prezident vurğulayıb ki, potensial alıcılarla danışıqlar başlanmalıdır.“Məncə, biz gözləməməliyik ki, kimsə gəlsin qapımızı döysün, bu il özümüz bazarları, mümkün olan bazarları təsbit etməliyik. Oraya heyətlər göndərilməlidir, danışıqlar aparılmalıdır, şərtlər razılaşdırılmalıdır. Çünki gələcək bununla bağlıdır. Biz hamımız yaxşı bilirik ki, artıq ənənəvi enerji növlərinə investisiyalar dayanacaq. Hidrogen, yaşıl hidrogen, elektrik enerjisi - bunlardır gələcəyin enerji növləri. Biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bütün imkanlar var”, - dövlət başçısı qeyd edib.
Əliyev deyib ki, həmçinin hökumət bir neçə şirkətin Xəzər dənizində külək elektrik stansiyalarının tikintisi ilə bağlı təkliflərini öyrənir. “Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var. Bunu artıq beynəlxalq mütəxəssislər də qeyd edirlər.Bir neçə böyük şirkətdən Xəzər dənizində külək elektrik stansiyalarının tikintisi ilə bağlı ilkin təkliflər gəlib. Onlar indi həm Energetika Nazirliyi, həm İqtisadiyyat Nazirliyi tərəfindən öyrənilir, təhlil aparılır», - dövlət başçısı bəyan edib.
Prezident vurğulayıb ki, Xəzər dənizinin külək enerjisinin inkişafı üzrə potensialı məlumdur və xarici investorlar üçün cəlbedicidir, bu da həmin sahəyə sərmayələrlə bağlı problemlərin olmayacağına dair əsas verir. “Onu da deməliyəm ki, artıq bu sahədə böyük şirkətlər arasında rəqabət var və çox ciddi rəqabət var. Mən indi o şirkətlərin adlarını çəkmək istəmirəm. Amma bu sahəyə investisiya qoymaq istəyənlərin sayı kifayət qədər çoxdur. Ona görə biz düzgün seçim edəcəyik. Yəni, demək istəyirəm ki, mən burada investisiyalarla bağlı qıtlıq görmürəm”.
Əliyev xatırladıb ki, indi Azərbaycan ənənəvi yolla - mövcud olan yüksək gərginlik xətlərlə ixrac edir.
“Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza təlabat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz əlbəttə ki, bu istiqamətdə işləyirik”, - Əliyev əlavə edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan qonşu ölkələrə 1,6 meqavatt elektrik enerjisi ixrac edib. Həmçinin, prezident Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan elektrik enerjisinin Avropaya ixracının təşkili istiqamətində çalışmalıdır. **
N.Abbasova
Həsənov: “Heç kəs bizimlə təhdid dilində danışa bilməz”
XİN: Fransanın rəsmi qurumları Azərbaycana qarşı təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır
Azərbaycanda 64 nəfər COVID-19-a yoluxub
Dağıstanın turizm potensialı “AITF 2023” sərgisində təqdim olunacaq
Formula 1 üzrə Azərbaycan Qran Prisinin yeni formatda keçirilməsi təklif edilib
Azərbaycanın şimal-qərbində avtomobil yolunun tikintisi üçün AAYDA-ya 6,7 milyon manat ayrılır
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Erməni hərbçilər arasında atışma nəticəsində bir nəfər ölüb
KTMT Ermənistana missiya göndərmək üçün layihə hazırlayıb
Tasmaqambetov: Cənubi Qafqazda vəziyyət sabitliyin pozulmasına səbəb ola bilər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Caspian Energy MEETUP Yaşıl Enerji keçidinin lobbisini həyata keçirir
AccessBank-dan qızıl kimi dəyərli kredit!
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək