2027-ci ilədək Azərbaycanın qeyri-neft ixracı $5 milyarda çatacaq. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2018-ci ildə qeyri-neft ixracımız $1,7 milyard, 2020-ci ildə $1,9 milyard, 2021-ci ildə $2,7 milyarda yaxın təşkil edib. 2026-cı ildə qeyri-neft ixracı $5 milyarda çatmalıdır. Yəni 9 il (2018-2026-cı illər) ərzində ixrac 3 dəfə, 2021-ci illə müqayisədə 2 dəfə artmalıdır. Bu, iddialı hədəfdir”, - deyə o, “Real TV”yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, qeyri-neft ixracının artması ilə paralel olaraq onun strukturu və coğrafiyasının şaxələndirilməsi də mühüm məsələdir. “Bu gün qeyri-neft ixracımızın 60%-i 3 ölkənin – Türkiyə, Rusiya və Gürcüstanın payına düşür. Əgər ötən illərdə Rusiya lider idisə, hazırda liderliyi Türkiyə ələ alıb”, - deyə M.Cabbarov qeyd edib.
İqtisadiyyat naziri vurğulayıb ki, hazırda qeyri-neft ixracının strukturu da dəyişir. “Bu gün qeyri-neft ixracının 60%-ə qədərini sənaye məhsulları təşkil edir”, - deyə o əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət