Prezident İlham Əliyev bəyan edib ki, 2023-cü ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün addımlar atılacaq.
“Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaq”, - deyə dövlət başçısı dekabrın 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, dövlət başçısı vurğulayıb ki, energetika sektoru Bakı və Belqrad arasında əməkdaşlığın bir hissəsidir.
“Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb”, - deyə İ.Əliyev qeyd edib.
O xatırladıb ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır.
“Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”, - deyə Azərbaycan lideri vurğulayıb.
Xəbər verildiyi ki, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. Söhbət yaşıl enerjinin ötürülməsi məqsədilə Qara dənizin dibi ilə Gürcüstandan Rumıniyaya kabelin çəkilməsindən gedir. Layihənin dəyəri 2,3 milyard avrodur.*
N.Abbasova
Rəisi İranla Azərbaycan arasında əməkdaşlığın genişlənəcəyinə ümid edir
Hersoq Əliyevlə danışıqlarda İranın yaratdığı riskləri müzakirə edib
Bu həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü keçirilə bilər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
NEQSOL Holding qlobal təlim təchizatçısı O`Reilly ilə tərəfdaşlığa başlayır
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək