Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç 2023-cü ilin fevralında Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər etməyi planlaşdırır.
“Nazir Cedoviç Cənub Qaz Dəhlizi layihəsi üzrə yüksək səviyyəli görüşün keçiriləcəyi 2023-cü ilin fevral ayında Azərbaycana səfər edəcək. Serbiya Bolqarıstanla interkonnektor inşa edərək CQD vasitəsilə Avropa ölkələri üçün tranzit ölkəyə çevriləcək və öz ehtiyaclarını ödəyə biləcək”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Serbiya mətbuatına istinadən xəbər verir.
O qeyd edib ki, Bolqarıstan-Serbiya interkonnektorunun tikintisi 2023-cü ildə başa çatacaq: “Bu, Serbiyanın faktiki olaraq CQD-nin bir hissəsi olmasına imkan verəcək ki, bu da bizim üçün böyük həcmdə qaz, ixracda etibarlılıq, böyük müstəqillik deməkdir”.
Cedoviç, həmçinin bildirib ki, Serbiya və Azərbaycanın enerji müəssisələri birgə işçi qrupu vasitəsilə Serbiyanın Azərbaycandan idxal edəcəyi qaz həcmlərinin kontraktasiyası ilə bağlı növbəti addımları razılaşdıracaqlar.
Nazirin sözlərinə görə, Azərbaycan tərəfi ilə danışıqlarda müzakirə olunan mövzulardan biri də Azərbaycandan elektrik enerjisi idxalının mümkünlüyü ilə bağlı olub.
“Əməkdaşlıq və ilk növbədə, Serbiya Prezidenti Aleksandr Vuçiçlə Azərbaycan Prezidenti İlham Əliyevin dostluğu sayəsində gələcək əməkdaşlığımız üçün platforma var və enerji bu əməkdaşlığın əsaslarından biridir. Bu o deməkdir ki, Azərbaycanın elektrik enerjisinin ötürülməsi üçün sualtı kabelin tikintisi ilə bağlı Aİ ilə razılaşdırdığı gələcək layihə həm də tranzit ölkə kimi bizim üçün də faydalı olacaq”, - deyə Cedoviç bildirib.
Uzunluğu 170 km olan Bolqarıstan-Serbiya qaz kəmərinin (Bulgaria-Serbia Interconnector Gas Pipeline, IBS) 108 km-i Serbiya, 62 km-i Bolqarıstan ərazisindən keçəcək.
Kəmərin illik ötürücülük gücü 4 milyard kubmetrə qədər artırılma mümkünlüyü ilə 1,8 milyard kubmetrdən çox olacaq.
Bolqarıstan və Serbiya arasında qaz kəmərinin inşası haqqında bəyannamə 2018-ci ilin may ayında Aİ-Qərbi Balkan ölkələri sammitində imzalanıb.
Azərbaycan 2020-ci il dekabrın 31-də CQD-nin sonuncu halqası olan TAP qaz kəməri vasitəsilə Avropaya qaz ixracına başlayıb.
CQD qazın Türkiyə və Avropaya çatdırılması üçün 4 qaz kəmərindən ibarətdir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD layihəsinin ümumi dəyəri $38 milyarddır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət