Azərbaycan qaz ixracını artırmaqda davam edəcək. Bunu Prezident İlham Əliyev deyib.
“Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək”, - deyə dövlət başçısı yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edib. 2020-ci il dekabrın 31-də ilk dəfə Avropaya – İtaliya, Yunanıstan və Bolqarıstana Azərbaycan qazının ixracına başlanılıb. 2021-ci ildə Avropaya ixrac 8,2 milyard kubmetr təşkil edib.
2022-ci ildə Azərbaycan ixracın həcmini 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz ixrac olunub.
Daha əvvəl Prezident İlham Əliyev bildirmişdi ki, 2023-cü ildə Azərbaycandan təxminən 24 milyard kubmetr, o cümlədən Avropaya 12 milyard kubmetrə yaxın qaz ixracı gözlənilir.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət