2022-ci ildə qeyri neft-qaz sektoru Azərbacan dövlət büdcəsinin gəlirlərinin 50%-ni təmin edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
"2022-ci ildə neft və qaz qiymətlərinin müsbət dinamikasına baxmayaraq Azərbaycan dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft sektorundan əldə edilib”, - Cabbarov cümə günü “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Qeyri-neft ixracının həcminə toxunan nazir vurğulayıb ki, bu istiqamətdə fəaliyyət davam etdirilməlidir. “Ötən il $3 milyard həcmində (qeyri-neft ixracı - İF) göstərici əldə olunub, lakin ümumi ixracımızla müqayisədə ($52,7 milyard - İF) bu, o qədər də böyük göstərici deyil. Eyni zamanda, dinamikaya nəzərə yetirdikdə, üç il öncə $1,7 milyarddan danışırdıq, indi isə $3 milyarda çatmışıq. Təbii ki, hədəfimiz bu yüksək templəri saxlamaqdır (qeyri-beft ixracının artımını - İF)”, - Cabbarov bildirib.
Onun sözlərinə görə, xidmətlərin ixracını artırmaq vacibdir. “Bu işdə həmçinin xidmətlərin ixracı mühüm rol oynayır. Xüsusilə, geosiyasi və geoiqtisadi dəyişikliklər baş verdiyi zaman. Xüsusilə, Azərbaycanın bir çox ölkələr üçün, xüsusən də Mərkəzi Asiya ölkələri üçün yeganə və davamlı tranzit marşrutuna çevrilməsi", - nazir vurğulayıb.
Xəbər verildiyi kimi, 2022-ci ilin yekunları üzrə Azərbaycandan qeyri-neft ixracı rekord $3 milyard 47,7 milyon təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.
2027-ci ilədək qeyri-neft ixracının səviyyəsinin $5 milyarda çatması vəzifəsi qarşıda durur. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət