Latviya prezidenti Egils Levits qeyd edir ki, Riqa Bakı ilə əməkdaşlığın inkişafına maraq göstərir.
Çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair o bəyan edib ki, iqtisadi münasibətlərə gəldikdə, ötən il tendensiya müsbət olub və qeyd edib ki, Riqa “İKT, ağıllı enerji, yaşıl texnologiyalar və (…) nəqliyyat və daşımalar sahəsində imkanların nəzərdən keçirilməsində maraqlıdır”.
O əlavə edib ki, Avropa İttifaqının (Aİ) üzv dövləti kimi Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır, Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu alqışlayır.
“Hazırda Azərbaycan Avropa İttifaqına enerji təchizatının şaxələndirilməsində və Aİ-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynayır”, - deyə Levits əlavə edib ki, “biz, həmçinin bərpaolunan enerji sahəsində daha sıx əməkdaşlıq etmək arzusundayıq”.
Təhlükəsizlik sahəsində əməkdaşlığa toxunaraq o, Latviya səfirliyinin NATO-nun Azərbaycanda əlaqələndiricisi funksiyasını yerinə yetirdiyinə diqqət çəkib və qeyd edib ki, “biz Bakıdakı səfirliyimizin həmin mandatını 2024-cü ilədək uzadacağıq”.
“Görürəm ki, Azərbaycan və NATO arasında təhlükəsizlik məsələləri üzrə daha sıx əməkdaşlığa dair qarşılıqlı maraq var”, - Latviya prezidenti bəyan edib.
O bildirib ki, Latviya 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədliyini irəli sürəcək. Levits əlavə edib ki, Riqa “bu məsələdə Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini qazanacağına ümid edir”.
“Qoşulmama Hərəkatı beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərindən çıxış edən ölkələrdən ibarət vacib qurumdur. Çünki bütün dövlətlər sülhdə maraqlı olmalıdır, sülh isə beynəlxalq hüquqa əsaslanır. Siz isə (Əliyev - İF) Hərəkatın hazırkı sədri kimi olduqca əhəmiyyətli rol oynayırsınız”, - Levits hesab edir.
Prezident həmçinin deyib ki, Latviya Avropa Şurasında sədrliyi öz üzərinə götürəcək.
“Azərbaycan bizim ilk sədrliyimiz dövründə təşkilata üzv olmuşdur. Görürük ki, Avropa Şurasının genişləndirilməsi kifayət qədər uğurlu olmuşdur. Biz bütün üzv ölkələrin maraqları naminə Avropada demokratiyanın və qanunun aliliyinin gücləndirilməsinin müzakirəsini davam etdirəcəyik”, - o vurğulayıb.
Levits əlavə edib ki, bu, onun Azərbaycana ilk səfəridir “və mən onun sabit və firavan ölkə, Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu görürəm”. **
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət