Rusiyanın “Evrostroy” şirkətlər qrupu Azərbaycan bazarında inkişaf imkanlarını nəzərdən keçirir.
“İnterfaks-Azərbaycan” agentliyi “Kommersant” nəşrinə istinadən xəbər verir ki, “Evrostroy” “HeadHunter” portalında Bakı filialının rəhbəri vəzifəsinə vakansiya yerləşdirib. Menecerin vəzifələrinə yerli bazarda şirkətin strateji inkişaf planının hazırlanması və premium-sinif yaşayış obyektlərinin tikintisinə rəhbərlik daxildir.
Nəşr ekspertlərə istinadən qeyd edir ki, Sankt-Peterburqun elit daşınmaz əmlak bazarında tələb azalıb, Bakıda isə premium seqmentdə inkişaf potensialı yüksək olaraq qalır. Bundan əlavə, “Evrostroy” Azərbaycan bazarına daxil olması hesabına yüksək büdcəli mənzil təklifinin tələbi əhəmiyyətli dərəcədə üstələdiyi yerli bazarda iş risklərini şaxələndirmək niyyətindədir.
Ekspertlər, həmçinin hesab edirlər ki, Bakının daşınmaz əmlak bazarı rəqabətin aşağı səviyyədə olması ilə seçilir: yerli bazar konsolidə edilməmiş olaraq qalır, elit seqmentdə isə Rusiyanın iri investorlarından yalnız Emin Ağalarov yer alır.
“Azərbaycan bazarı daha populyar olan Türkiyə və BƏƏ fonunda lazımınca qiymətləndirilmir. İmkanlı müştərilər sərbəst vəsaitlərini Bakıda daşınmaz əmlaka yatırmağa hazırdırlar, lakin onlar heç də həmişə səviyyəyə uyğun təklif tapa bilmirlər”, - deyə bazar ekspertləri hesab edirlər.
“Evrostroy” şirkətlər qrupu Sankt-Peterburqda elit mənzil və apartamentlərin tikintisi üzrə ixtisaslaşıb. Qrup Valeri və Oksana Kravtsovlara məxsusdur.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət