Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Dəmir Yolu İdarəsinin (DDYI) inkişaf proqramını hazırlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. “Ümumi proqramın hazırlanması yarım il çəkə bilər. Ayrı-ayrı layihələr isə yəqin ki, artıq gələn ilin I rübündə hazır olacaq”, - deyə M.Pənahov bildirib. Ancaq o, proqramın gerçəkləşdirilməsinin nəzərdə tutulduğu müddəti dəqiqləşdirməyib.M.Pənahovun sözlərinə görə, belə proqramın hazırlanması zərurəti Asiya İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBİC), Dünya Bankı, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankının dəmir yolu infrastrukturunun yaxşılaşdırılması sahəsində layihələrin maliyyələşdirilməsinə maraq göstərməsi ilə əlaqədardır.Nazir müavini qeyd edib ki, dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə əsas işlərin qərb – Bakı-Gürcüstan sərhəddi istiqamətində həyata keçirilməsi nəzərdə tutulur. M.Pənahov vurğulayıb ki, Yaponiya hökuməti dəmir yolu infrastrukturunun inkişafı layıhəsini hazırlamaq üçün Nəqliyyat Nazirliyinə qrantın ayrılması haqqında qərar qəbul edib.“Layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBİC) tərəfindən məbləğ məhdudiyyəti olmadan maliyyələşdiriləcək. JBIC güzəştli şərtlərlə uzunmüddətli kredit təklif edir. Layihə yolların elektrikləşdirilməsi, siqnalizasiya və s. üzrə işlərin bərpasını nəzərdə tutur”, - deyə o əlavə edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət