Dünya Bankının (DB) Direktorlar Şurası 2007-ci ilin martında “Daşınmaz əmlakın və kadastrın qeydiyyatı sisteminin inkişafı” layihəsi üzrə Azərbaycana $29 mln. məbləğində kreditin verilməsi məsələsinə baxacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı nümayəndəliyindən məlumat verilib.
“Layihənin ümumi dəyəri $41 mln. təşkil edir. Bu məbləğin $29 milyonu DB tərəfindən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri üzrə veriləcək. Yerdə qalan $12 milyonunu isə Azərbaycan hökuməti təqdim edəcək”, - deyə bankdakı mənbə bildirib.
Onun sözlərinə görə, bankın Direktorlar Şurası gələn il martın 22-də bu layihə çərçivəsində kreditləşmə məsələsini nəzərdən keçirəcək.
Xəbər verildiyi kimi, layihədə məqsəd daşınmaz əmlakın qeydiyyatının vahid sisteminin yaradılması, eləcə də bütün mülkiyyətçilərin kadastrının dəqiq xəritəsinin tərtibi və onların qeydiyyatının rəqəmsal kartlarda aparılmasından ibarətdir.
Krediti daşınmaz əmlakın dövlət reyestri Xidməti, Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsi, Dövlət əmlakının İdarə olunması üzrə Dövlət Komitəsi alacaq.
Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Bankla əməkdaşlıq dövründə Azərbaycana ümumi məbləği $1 mlrd-dan artıq kredit ayrılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət