Azərbaycanda fəaliyyət göstərən 10 sığorta şirkəti 2007-ci il yanvarın 1-nədək nizamnamə kapitalını 700 min manata qədər artırmalıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov məlumat verib.
“Sığorta şirkətlərinin nizamnamə kapitalına minimal tələblərin artırılması ilə bağlı mövcud proqrama əsasən yanvarın 1-nədək bütün şirkətlər 700 min manatdan az olmayan kapitala malik olmalıdır. 2006-cı il oktyabrın 1-nə olan vəziyyət üzrə 10 şirkətin nizamnamə kapitalı 600-700 min manat arasında dəyişir. Bu şirkətlər nizamnamə kapitallarını artırmalıdır”, - deyə N.Xəlilov bildirib.
O xatırladıb ki, 2007-ci ilin iyulundan nazirlik sığorta şirkətlərinin kapitalına yeni tələblər sistemini tətbiq etməyi planlaşdırır.
“Biz yalnız nizamnamə kapitalının tətbiqi praktikasından imtina etməyi planlaşdırırıq və öhdəliklər çıxılmaqla, aktivlərdən ibarət “tələb olunan kapital” prinsipinə keçəcəyik”, - deyə o qeyd edib.
N.Xəlilovun sözlərinə görə yeni tələbləri nəzərə alaraq, sığorta şirkətləri öz kapitallarını yenidən qiymətləndirməli və artırmalı olacaq.
Yeni proqrama əsasən 2010-cu il yanvarın 1-nədək sığortaçılar 3 mln. manat səviyyəsində minimal kapitala malik olacaq. Nazirliyin planlarına görə yeni tələblər parlament tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanun layihəsinin qəbulundan sonra təsdiqlənəcək (qanunun 2007-ci ilin yazında qəbul olunacağı gözlənilir - İF).
Hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir. Bunların 6-sı xarici kapitala malikdir.
Dekabrın 6-da 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8722 AZN təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət