Fransa şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiyaların qoyulmasında maraqlıdır. Bu barədə Fransa işgüzar dairələrinin MEDEF International birliyinin Qafqaz və Mərkəzi Asiya üzrə komitəsinin prezidenti Kristian Mons çərşənbə günü jurnalistlərə bildirib.
İqtisadi İnkişaf Nazirliyi çərşənbə günü Bakıda MEDEF International birliyinin 30-dan artıq üzvü üçün Azərbaycanın iqtisadi inkişafı və respublikanın investisiya imkanlarının təqdimatını keçirib.
“İlk dəfə Medef International-ın üzvləri 10 il bundan əvvəl Azərbaycana maraq göstəriblər. Bu, artıq birlik üzvlərinin respublikaya üçüncü səfəridir. Əgər əvvəllər maraq neft-qaz sektoru ilə bağlı idisə, indi şirkətlər qeyri-neft sektoruna investisiyaların qoyulmasına maraq göstərir”, - deyə K.Mons bildirib.
Onun sözlərinə görə Fransa şirkətləri Azərbaycan şirkətləri ilə işləməyə hazırdır. “Bu həm yeni layihələr, həm də artıq reallaşmaqda olan layihələrin inkişafına aiddir”, - deyə o bildirib.
K.Mons qeyd edib ki, Fransa şirkətləri şərabçılıq, o cümlədən bu ölkənin üzüm sortları əsasında şərab istehsalına, eləcə də süd məhsullarının istehsalı və emalı sahəsinə dair konkret layilələri nəzərdən keçirir.
Təqdimat mərasimini aparan iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov jurnalistlərə Fransa şirkətləri ilə görüşün “məhsuldar” olduğunu bildirib. “Fransa şirkətlərinin Azərbaycanda fəaliyyət göstərmək üçün konkret maraqları var. Biz müəyyən müddətdən sonra bu görüşün nəticələrini görəcəyimizə ümid edirik ”, - deyə o qeyd edib və Fransa şirkətlərinin infrastruktur layihələrə, Azərbaycanın energetika və maliyyə sektoruna investisiyaların qoyulmasında maraqlı olduqlarını əlavə edib.
Fransa nümayəndə heyətinin tərkibinə Citroen, BCEOM, BNP Paribas, Caylon (Credit Agricole şirkətinin strukturu), Danone, Gaz De France, Sanofi Aventis, Societe Generale kimi iri şirkətlərin rəhbərləri daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət