Yanvarın 21-də Azərbaycanla Küveyt XİN arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda deyilir. Sənəd yanvarın 20-21-də Küveytdə rəsmi səfərdə olan Azərbaycan XİN başçısı Elmar Məmmədyarov və Küveytin baş nazirinin müavini, xarici işlər naziri şeyx Məhəmməd Sabah əs-Səlim əs-Sabah tərəfindən imzalanıb.
Görüş zamanı tərəflər iqtisadi və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi, bu əməkdaşlığın müqavilə-hüquqi bazasının möhkəmləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar. Dağlıq Qarabağ münaqişəsinə toxunan Küveyt XİN başçısı Azərbaycanı dəstəklədiyini bildirib və Ermənistanın təcavüzünü pisləyib.
Həmin gün E.Məmmədyarovu Küveyt əmiri şeyx Sabah əl-Məhəmməd əl-Əhməd əl-Cabir əs-Sabah qəbul edib. Görüşdə əmir bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Küveytə rəsmi səfərini böyük məmnuniyyətlə gözləyir. İnkişaf etməkdə olan ikitərəfli əlaqələrə toxunan E.Məmmədyarov əmin olduğunu bildirib ki, İ.Əliyevin bu ölkəyə səfərindən sonra ikitərəfli əlaqələr daha yüksək səviyyəyə qalxacaq. O, Küveyt əmirini Azərbaycana səfərə dəvət edib. Nazir ölkə başçısına Ermənistan-Azərbaycan münaqişəsinin vəziyyəti barədə məlumat verərək, bu problemdə daim Azərbaycanın mövqeyini dəstəklədiyinə görə əmirə minnətdarlığını ifadə edib. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edən əmir isə öz növbəsində bəyan edib ki, Küveyt bundan sonra da Azərbaycanın mövqeyini bütün istiqamətlərdə dəstəkləyəcək.
Küveytin baş naziri şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabahla görüşündə E.Məmmədyarov iqtisadi, ticarət, turizm və səhiyyə sahələrində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Küveytin daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyini qeyd edən baş nazir bəyan edib ki, dövlət tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardımın göstərilməsi bundan sonra da davam etdirələcək.
Həmin gün E.Məmmədyarov Küveyt parlamentinin sədri Casim əl-Hərrafi ilə də görüşüb. Görüş çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub və hər iki ölkə spikerinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Bundan başqa, E.Məmmədyarov Ərəb İqtisadi İnkişafı üzrə Küveyt Fondunun baş direktorunun müavini Hişam əl-Uqeyyanla da görüşüb. Görüşdə Fond tərəfindən Azərbaycana ayrılmış kreditlər, o cümlədən gələcəkdə maliyyələşdirilə biləcək layihələrlə bağlı məsələlər müzakirə olunub. Nazir Azərbaycanda müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün ayrılmış kreditlərə görə Fond rəhbərliyinə minnətdarlığını və əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Fondun nümayəndəsi Azərbaycanla səmərəli əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirib və Azərbaycanlı nazirin nəzərinə çatdırıb ki, yaxın gələcəkdə yeni layihə üçün kredit ayrılacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət