Azərbaycan hökuməti ilə dialoq “Azadlıq” blokunun siyasətinə zidd deyil. Bloka daxil olan Azərbaycan Demokrat Partiyası sədrinin müavini Sərdar Cəlaloğlu belə hesab edir. «Azərbaycanın daxili və xarici siyasətindəki konkret problemləri müzakirə və həll etmək üçün hökumətlə dialoqun aparılmasına nail olmaq ADP-nin müstəqil səyidir və “Azadlıq” blokunun bəyan etdiyi məqsədlərə zidd deyil», - deyə ADP-nın sədr müavini cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. O vurğulayıb ki, ADP-nın iqtidar və müxalifət arasında dialoqun aparılması zərurəti ilə bağlı bəyanatı partiyanın siyasi kursu ilə ziddiyyət təşkil etmir. «Bloka üzv partiyaların sazişində “onların blokun siyasəti ilə ziddiyyət təşkil etməyən müstəqil siyasət yürütmək hüququna malik olması” ilə bağlı bir bənd var. Bizim hökumətlə dialoqun aparılmasına dair təkliflərimiz blokun fəaliyyətinə qətiyyən zidd deyil və biz onun sıralarında qalır və tədbirlərində iştirak edirik. ADP müxalifət düşərgəsinin tərəfindədir. Sadəcə partiya problemləri əvvəllər tətbiq olunmuş üsulların əvəzinə ölkə daxilində vəziyyətin mürəkkəbləşdiyi, kənardan isə təzyiqin gücləndiyi bir şəraitdə dialoq vasitəsilə həll etməyə çalışır», - deyə S.Cəlaloğlu qeyd edib. O, ümidvar olduğunu bildirib ki, partiyanın təklif etdiyi dialoqun nəticələri müsbət olarsa, müxalifətin digər nümayəndələri də ona qoşulacaq. «Dialoq bir sıra keçmiş ittifaq ölkələrində - Rusiya, Ukrayna və Gürcüstanda olduğu kimi iqtidar və müxalifət arasında müsbət real əməkdaşlığa gətirib çıxara bilər. Başqa cür ola da bilməz. Əminəm ki, əgər müsbət nəticələr olarsa, o zaman digər müxalifət partiyaları da bu prosesə qoşulacaq»,- deyə S.Cəlaloğlu etiraf edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət