Prezident İlham Əliyevin yanvarın 29-31-də Fransaya rəsmi səfəri zamanı elmi tədqiqatlar, mülki müdafiə, turizm, ailə və qadınların vəziyyəti sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişlərin layihələri müzakirə olunacaq. Bu barədə Fransanın Bakıdakı səfirliyinin yaydığı Fransa XİN-in rəsmi nümayəndəsinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, səfərin birinci günü – yanvarın 29-da İ.Əliyev Fransa prezidenti Jak Şirakla görüşəcək. Yanvarın 30-da İ.Əliyevin baş nazir Dominik de Vilpen, Senat prezidenti Kristian Ponsele, Milli Assambleyanın prezidenti Jan-Lui Debre, XİN başçısı Filipp Dust-Blazi, müdafiə naziri xanım Mişel Allio-Mari, kənd və balıqçılıq təsərrüfatı naziri Dominik Büssero və veteranlarla iş üzrə səlahiyyətli nazir Hamlaui Mekaşera, həmçinin Paris meri Bertran Delanoe ilə görüşəcəyi gözlənilir.
Yanvarın 31-də İ.Əliyev Lill şəhərinə yola düşəcək və burada Nord-Pa de Kale regionunun və buradakı iqtisadi dairələrin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.
Prezidenti Azərbaycan hökümətinin bir neçə üzvü, o cümlədən xarici işlər, iqtisadi inkişaf və fövqəladə hallar nazirləri Elmar Məmmədyarov, Heydər Babayev və Kəmaləddin Heydərov müşayiət edəcəklər. «Görüşlərdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Qafqaz regionunda vəziyyətin inkişafı ilə bağlı məsələlərə toxunulacaq», - deyə bəyanatda qeyd olunur. Sənəddə həmçinin bildirilir ki, son illər Fransa-Azərbaycan münasibətləri xeyli inkişaf edib. Siyasi planda Fransa Rusiya və ABŞ-la yanaşı, ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edir.
İqtisadi sahədə, xüsusilə də neft və aviasiya sənayesi sahəsində Fransa və Azərbaycan arasında mübadilələr Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası nəticəsində Fransa şirkətləri üçün açılmış perspektivlər sayəsində intensiv şəkildə inkişaf edir.
Fransa Azərbaycanın ticarət tərəfdaşları arasında 6-cı, ölkədəki xarici investorlar arasında isə 4-cü yeri tutur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət