Dövlət satınalmalarının həcmi ötən il 2005-ci illə müqayisədə tenderlər hesabına 2,5 dəfə artaraq 1 mlrd. 969,73 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Satınalmalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
“2006-cı ildə dövlət strukturları tərəfindən ümumilikdə 5 975 tender və dövlət satınalmaları həyata keçirilib ki, bu da 2005-ci ilin göstəricisindən 15,2% çoxdur”, - deyə agentlikdəki mənbə bildirib. Onun sözlərinə görə tenderlər vasitəsilə dövlət satınalmaları 151,1 mln. manat məbləğində dövlət vəsaitinə və ya satınalmaların dəyərinin 7,13 faizinə qənaət etməyə imkan verib. Agentliyin nümayəndəsi əlavə edib ki, 2006 –cı ildə bütün satınalmaların 98,12 faizi tenderlər, 1,88 faizi isə qiymətləndirmə (kotirovka) vasitəsilə həyata keçirilib. Bununla yanaşı, tenderlərin keçirilməsi 148,3 mln. manat məbləğində, qiymətləndirmə metodu isə 2,8 mln. manat məbləğində dövlət vəsaitinə qənaət etməyə imkan verib.
Agentlikdən qeyd edilib ki, ötən il büdcə vəsaitlərinin hesabına 4 791 tender və müsabiqə keçirilib. Həmin tenderlərin ümumi dəyəri 1 mlrd. 380,91 mln. manat olub və 2005-ci illə müqayisədə 3,5 dəfə artıb. Qənaət 79,8 mln. manat təşkil edib.
Dövlət agentliyinin məlumatına görə beynəlxalq maliyyə təşkilatlarının kredit şəklində ayırdıqları vəsaitlərin hesabına ümumi məbləği 17,3 mln. manat (azalma 26,8%) həcmində 8 tender (azalma 57,1%) keçirilib, 2,5 mln. manata qənaət olunub.
Dövlət satınlamalarının üçüncü istiqaməti dövlət müəssisələri və təşkilatları tərəfindən öz vəsaitləri hesabına keçirilən tenderlərdir. 2006-cı ildə dövlət müəssisələri və təşkilatları tərəfindən ümumi məbləği 571,52 mln. manatlıq (artım 68,%) 1 176 satınalma (azalma 20,1%) həyata keçirilib; qənaət 68,8 mln. manat təşkil edib.
Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyi büdcə təşkilatları tərəfindən həyata keçirilən satınalmalara nəzarət üzrə mərkəzi icra hakimiyyəti orqanıdır. Agentliyin nümayəndələrinin dövlət müəssisələri və təşkilatları tərəfindən keçirilən tenderlərdə iştirakı məcburidir. Azərbaycanda dövlət strukturları dəyəri 50 min manatdan yuxarı olan dövlət satınalmaları üzrə tenderlər keçirməlidir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət