İndi Azərbaycan “Avropa üçün etibarlı enerjidaşıyıcı mənbədir”. Bu barədə prezident İlham Əliyev Fransaya rəsmi səfərə yola düşməzdən əvvəl bəyan edib. O, Parisin “Fiqaro” qəzetinə müsahibəsində qeyd edib ki, ötən ilin noyabrında Bakı AB ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.
Bu yaxınlarda Rusiyanın “Qazprom” şirkəti tərəfindən Azərbaycana verilən qazın qiymətinin bahalaşması ilə bağlı sualı cavablandıran prezident bildirib ki, " Azərbaycan ölkənin istilik elektrik stansiyaları üçün qaz idxalı sahəsində Rusiya ilə sıx əməkdaşlıq edirdi. Ancaq onlar qazın 1000 kubmetrinin qiymətini 110 dollardan 235 dollara qaldırdıqda biz qazdan imtina etdik və stansiyalarımızı Rusiyaya ixrac etdiyimiz neftlə təchiz etməyi qərara aldıq. Bizim “Qazprom”la qaz sahəsində əməkdaşlığımız dayandırılıb. Biz bundan ziyan çəkmirik (qaz almaq – İF), baxmayaraq ki, əvvəlki qiymətlə əməkdaşlığı davam etdirmək istərdik”.
İrana qarşı hərbi hazırlıqlar və onun Tehranın nüvə obyektlərinə zərbə endirilməsindən ehtiyatlanıb-ehtiyatlanmamasına dair verilən sualları cavablandıran dövlət başçısı bəyan edib ki, “biz çox sayda böhranların baş verdiyi və hərbi münaqişə risklərini azaltmağın lazım gəldiyi bir regionda yaşayırıq. Hərbi əməliyyatlarla bağlı istənilən ehtimal bizdə narahatlıq doğurur. Bu, bütün region üçün böyük səhv və faciə olardı". Prezident əlavə edib ki, onun ölkəsi "heç vaxt qonşularına ziyan vura biləcək bir şey etməyəcək. Bizim 30 milyona qədər azərbaycanlının yaşadığı İranla çox yaxşı münasibətlərimiz var", - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın əsas problemi adlandırıb. Onun sözlərinə görə " bir gün iqtisadi gücümüz və siyasi çəkimiz torpaqlarımızı azad etmək üçün bizə imkan verəcək. Biz bunu müharibəyə başlamadan sülh yolu ilə etmək istəyirik. Ancaq başqa çıxış yolu olmasa, o zaman bu məsələyə baxılacaq", - deyə İ.Əliyev etiraf edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət