Dövlət büdcəsinə vergi borclarının həcmi 2006-cı ildə 11,5% azalaraq 2007-ci il yanvarın 1-nə 1,8 mlrd. manata çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“Görülən tədbirlər nəticəsində vergi borclarının həcmi azalıb. Cari ilin əvvəlində borcların məcmu həcmi 1,8 mlrd. manat təşkil edib. Vergilər Nazirliyi bundan sonra da vergi borclarının həcminin azalması üçün addımlar atacaq”, - deyə Vergilər Nazirliyindəki mənbə bildirib. Onun sözlərinə görə ötən il ƏDV üzrə borcların ödənilməsində daha çox irəliləyiş əldə olunub. Bütün vergi borclarının yarıdan çoxu bu növün payına düşür.
“2006-cı ildə ƏDV üzrə borcların həcmi 25% azalıb”, - deyə o əlavə edib. Agentliyin müsahibi bildirib ki, ƏDV üzrə borcların azalmasına səbəb bu vergi ödəyiciləri üzərində nəzarətin gücləndirilməsidir. “2006-cı ilin yanvarından qanunsuz əməliyyat apardıqları aşkar olunan ƏDV ödəyicilərinin qeydiyyatının ləğv olunması sisteminin tətbiqinə başlanılıb. Bu sxem özünü doğruldub ”, - deyə o qeyd edib.
Vergilər Nazirliyinin nümayəndəsi 2007-ci il fevralın 6-na olan məlumata görə hazırda təxminən 9 min ƏDV ödəyicisinin qeydiyyatda olduğunu, 5 269 hüquqi və fiziki şəxsin ƏDV qeydiyyatının ləğv edildiyini vurğulayıb.
Hüquqi şəxslərin ƏDV ödəyiciləri kimi qeydiyyatlarının ləğvi əsasən saxta hesab-fakturalarından istifadə etməklə onlar tərəfindən qanunsuz maliyyə əməliyyatları həyata keçirmələri ilə bağlıdır. Saxta hesab-fakturalarından istifadə vergiödəyicilərinin vergidən yayınmaları üçün şərait yaradır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət