Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ- Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə operator) 2007-ci ilin yanvar ayı ərzində “Azəri” və “Çıraq” yataqlarından 2 mln. 699,4 min ton neft hasil edib ki, bu da 2006-cı ilin yanvar ayına olan hasilatdan 1,96 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABƏŞ-in mətbuat xidmətindən məlumat verilib.
ABƏŞ “Çıraq” yatağından 612,1 min ton, “Azəri” yatağından isə 2 mln. 087,3 min ton neft hasil edib.
“İlkin neft hasilatı” layihəsi çərçivəsində neft hasilatına 1997-ci ilin noyabrında başlanılıb. 2005-ci il fevralın 13-dən ABƏŞ “Azəri” yatağının mərkəzi hissəsindən, 2005-ci il dekabrın 30-dan bu yatağın qərb hissəsindən, oktyabrın 21-dən isə şərq hissəsindən neft hasilatına başlayıb.
1997-ci ildə 50 min tondan bir qədər çox xammal hasil edlib. Sonrakı illərdə hasilatın həcmi tədricən artıb: 1998-ci ildə - 2 mln. 371 min ton, 1999-cu ildə - 4 mln. 814 min ton, 2000-ci ildə - 5 mln. 72,8 min ton, 2001-ci ildə - 5 mln. 897,4 min ton, 2002-cı ildə - 6 mln. 387 min ton, 2003-cü ildə – 6 mln. 456 min ton, 2004-cü ildə – 6 mln. 570,4 min ton, 2005-ci ildə - 13 mln. 193 min ton, 2006-cı ildə - 23 mln. 259,7 min ton.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin işlənməsinə dair müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları: Böyük Britaniyanın “BP” (34,1367% - operator), Amerikanın “Unocal” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) Norveçin “Statoil” (8,5633%) və Türkiyənin “TPAO” (6,75%) şirkətlərdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət