İqtisadi İnkişaf Nazirliyi yeni sement zavodunun inşası üzrə Fransanın «Lafarge» şirkəti ilə müqavilə imzalamağa hazırlaşır. Bu barədə İİN-nin rəhbəri Heydər Babayev cümə axşamı jurnalistlərə məlumat verib.
«Hazırda biz bu şirkətlə müqavilənin imzalanması mərhələsindəyik. Bu müqavilənin imzalanmasından sonra miqyasına görə “Qaradağ-Sement” ASC ilə müqayisə olunan ikinci iri sement istehsal edən müəssisənin inşasına başlanılacaq. «Lafarge» şirkətinin texniki heyəti bütün zəruri informasiyaları toplayıb. Əldə olunan məlumatların təhlilindən sonra gələcəkdə müəssisənin yerləşəcəyi ərazi müəyyən olunacaq », - deyə nazir qeyd edib. Onun sözlərinə görə ildə 1 mln. ton sement istehsal edəcək zavodun inşası üçün ayrılacaq investisiyaların həcmi 100-150 mln. avrodur.
Nazirliyin rəhbəri hökumətin eləcə də sement istehsalı müəssisələrinin inşası üçün yerli investorları da dəstəkləmək niyyətində olduğunu qeyd edib. Söhbət ölkənin Tovuz və Ağstafa rayonlarında sement zavodlarının inşasını planlaşdıran “AKKORD” və “Azsement” şirkətlərindən gedir. «Bu şirkətlər öz maraqlarını bildirib. Hazırda sementə tələbatın 40 %-i yerli istehsal hesabına, yerdə qalan 60 %-i isə idxal hesabına ödənilir. Əgər əlavə istehsal bu fərqi azaldarsa, onda bu, çox yaxşı ideyadır və biz onu dəstəkləyə bilərik », - deyə H.Babayev bildirib. Onun sözlərinə görə zərurət yaranarsa, Sahibkarlığa Kömək Milli Fondu (SDMF) da yardım edə bilər. «Lakin SDMF vasitəsilə ayrılan kreditin maksimal məbləği 3 mln. manat təşkil edəcək. Halbuki iri sement istehsalının təşkili üçün on milyonlarla dollar vəsait tələb olunur », - deyə nazir bildirib.
İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan İnvestisiya Şirkəti ilə «Lafarge» arasında Azərbaycanda yeni sement zavodunun inşası ilə bağlı investisiyalar üzrə memorandum 2006-cı il dekabrın 28-də imzalanıb.
Azərbaycanda sementə tələbatın artması inşaat işlərinin həçmindəki artımla bağlıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət