ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Maliyyə Nazirliyinə dövlət xəzinədarlığının idarə olunması üzrə informasiya sisteminin yaradılması üçün $780 min məbləğində vəsait ayıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə naziri Samir Şərifov məlumat verib.
Xəbər verildiyi kimi, çərşənbə günü Bakıda Maliyyə Nazirliyi ilə “USAID” arasında müvafiq memorandum imzalanıb. “Vəsait müəyyən layihələrin birgə maliyyələşdirilməsi məqsədilə təqdim olunur. Azərbaycan tərəfi öz xərclərini, o cümlədən avadanlıqların alınmasına sərf olunacaq vəsaitin məbləğini müəyyən etməlidir. Əsasən “USAID”ın vəsaitləri proqram təminatının əldə olunması və inkişafına yönəlib”, - deyə S.Şərifov bildirib. Onun sözlərinə görə hazırda avtomatlaşdırılmış xəzinə sistemi Xaçmaz rayonunda, Gəncə şəhərində və Bakının Xətai rayonunda quraşdırılıb. Xəzinədarlığın bütün 54 regional şöbəsi ardıcılıqla vahid sistemə qoşulacaq.
Maliyyə Nazirliyi eləcə də xəzinə informasiya sisteminə yeni modulların əlavə olunması üzrə işlər aparır. Nazirin sözlərinə görə bu modullar təşkilatın büdcədən maliyyələşdirilən əsas vəsaitlərinin hesablanması üçün xüsusi proqram təminatını nəzərdə tutur. Bundan əlavə, sistemə borcların idarə olunması üzrə müəyyən modulların inteqrasiyası da mümkündür. “Bütün bu modullar əlavə vəsait tələb edir ”, - deyə nazir bildirib.
Nazir maliyyə idarəsinin informasiya sistemlərinin yaradılması ilə bağlı bütün bu proseslərin 2008-ci ildə başa çatacağına ümid etdiyini bildirib.
Dövlət Xəzinədarlığı sistemlərinin avtomatlaşdırılması ilə “Carana Corporation” (ABŞ) və “SAP” (AFR) şirkətləri məşğul olur. Onu Dünya Bankı (IBTA-2 layihəsi) və “USAID” maliyyələşdirir. 2004-cü ilin noyabrında bank Azərbaycanın “R.I.S.K Company” şirkəti ilə ölkənin avtomatlaşdırılmış xəzinədarlıq sistemi üzrə $2,82 mln. məbləğində müqavilə imzalayıb. “R.I.S.K Company” Xəzinədarlığın 54 rayon filialının və mərkəzi ofislərinin avtomatlaşdırılması üçün kompüter avadanlıqları və peyk rabitə sistemləri, eləcə də əlavə avadanlıqlar quraşdırıb.
Avtomatlaşdırma üzrə proqram təminatı “USAID”ın $5 mln.–luq qrantı hesabına ödənilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət