2007-ci ilin fevralında Bakıda təkrar daşınmaz əmlak bazarında qiymət artımı 2007-ci ilin yanvar ayı ilə müqayisədə (2006-cı ilin fevralında 0,5%) 0,4% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Daşınmaz əmlak bazarı iştirakçıları” ictimai birliyindən məlumat verilib.
Birlik ekspertlərinin məlumatına görə fevralda paytaxtda təkrar daşınmaz əmlak bazarında 1 kvadrat metr yaşayış sahəsinin qiyməti orta hesabla $1,157 minə çatıb. «Fevralda təkrar daşınmaz əmlak bazarında 3 üç il ərazində ən aşağı fəallıq müşahidə olunub. İstehlak qiymətlərinin dəyişməsi daşınmaz əmlak satıcılarını ehtiyatlı olmağa sövq edib və nəticədə, daşınmaz əmlakın təkliflər portfeli azalıb və yanvarda qeyri-real qiymətə qədər artıb», - deyə birlikdən qeyd olunub.
Fevralda ilkin daşınmaz əmlak bazarında təkliflər paketinin azalması müşahidə olunub, tikilən bəzi evlərdə mənzillərin satışı tamamilə dayandırılıb və adda-budda xarakter daşıyıb. Yeni binaların inşa tempinin aşağı düşməsi istismara hazır yeni tikililərin payının artmasına səbəb olub və nəticədə, qiymətlərin dinamik artımına gətirib çıxarıb. Yanvar ayı ilə müqayisədə fevralda qiymətlər 4,6% artıb. Paytaxtda 1 kvadrat metrə görə orta qiymət $929 təşkil edib.
Aparılmış tədqiqatlar göstərib ki, ilkin daşınmaz əmlak bazarında qiymətlərin artmasına tələbatın çoxalması deyil, xərclərin inflyasiyası – tikinti materiallarının qiymətinin, nəqliyyat xidmətləri və əmək ehtiyatlarının bahalaşması, vergi və digər xərclərin artması səbəb olub.
Fevralda fərdi evlərin orta qiyməti $149,557 min təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 3,1% çoxdur. Qiymətlərin artması tikinti materialları və torpaq bazarında qiymətlərin bahalaşması ilə izah olunur. Yanvar ayı ilə müqayisədə fevralda torpaq bazarında qiymətlər 1,4% artıb. Fevralda torpağın 1 sotu $20,654 min olub.
2007-ci ilin yanvar ayı ilə müqayisədə fevralda mənzillərin icarə qiyməti 0,9% artıb. Mənzilin qeydə alınmış orta icarə qiyməti 591$ təşkil edib. Şəhər üzrə icarəyə götürülən mənzilin 1 kvadrat metrinə görə orta qiymət yanvar ayı ilə müqayisədə fevralda 0,1% aşağı düşərək, $20,5 təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət