Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Koreyanın STX şirkəti gələn həftə Seulda gəmiqayırma zavodunun və külək elektrik stansiyasının inşası üçün investisiyalar üzrə iki niyyət memorandumunun imzalanmasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİŞ-nin icraçı direktorunun müavini Riyad Qasımov məlumat verib.
“Layihələrin hər birindən investisiya şirkəti 25 faizlik iştirak payı əldə etməyə hazırdır. Layihələrin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) STX şirkətinin ixtisaslaşdırılmış afilə strukturlarından biri hazırlayır ”, - deyə R.Qasımov bildirib.
Onun sözlərinə görə investisiya şirkəti TİƏ-nın hazırlanmasının may-iyun aylarında başa çatacağını güman edir ki, bu da layihələrin maliyyələşdirilməsinə başlamağa imkan verəcək.
R.Qasımov əlavə edib ki, gəmiqayırma zavodu Xəzər dənizində yeganə belə zavod olacaq. “Biz planlaşdırırıq ki, regionun digər ölkələrinin gəmiləri bu zavodda təmir olunacaq və müəyyən sifariş zərfi onların hesabına formalaşacaq. Bu zavodda Qazaxıstan neftinin daşınması ilə məşğul olan tankerləri təmir etmək də mümkün olacaq”, - deyə o qeyd edib.
“Azərbaycan İnvestisiya Şirkəti” ölkə prezidentinin fərmanı ilə 2006-cı il mart ayının 30-da yaradılıb. SC-nin əsas vəzifəsi qeyri-neft sektorunda ayrı-ayrı SC və digər kommersiya təşkilatlarına pul verib onların paylarını almaq yolu ilə uzunmüddətli investisiya vəsaitləri verməkdir. Həm də “Azərbaycan İnvestisiya Şirkəti” vəsait qoyduğu müəssisədə üstün paya və səhmdarların ümumi toplantısının və ya müəssisənin Direktorlar Şurasının qərarlarını qüvvədən salmaq üçün “veto” hüququna malik olmalıdır. SC-nin nizamnamə kapitalı 90 mln. manata bərabərdir və Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət