2003-cü ildən indiyə kimi Azərbaycanda lizinq portfeli 80 dəfə artıb. Bu barədə ölkədə lizinqin inkişaf layihəsinin (ALDP) direktoru Elçin Əhmədov bazar ertəsi layihənin bağlanmasına həsr olunmuş mətbuat konfransında bildirib.
«ALDP-nin fəaliyyətdə olduğu dövrdə ölkədə lizinq portfeli 2007-ci il aprelin 1-nə olan məlumata görə $0,9 mln.-dan $80 mln.-dək artıb», - deyə o qeyd edib.
Layihənin fəaliyyətdə olduğu cari dövr ərzində respublikada fəaliyyət göstərən lizinq şirkətlərinin sayı 3-dən 25-ə qədər artıb. 12 lizinq şirkəti isə artıq fəal şəkildə fəaliyyət göstərir. Onun sözlərinə görə 2003-cü ilin mayından 2007-ci il aprelin 30-na kimi ALDP 826 nəfərin iştirakı ilə 27 treninq, 651 məsləhətləşmə, 326 dinləyicinin qatıldığı 2 konfrans, eləcə də cəmiyyətin məlumatlandırılması üçün 21 tədbir keçirib. Bundan başqa, cari dövr ərzində ölkənin mülki Məcəlləsinə 18 düzəliş edilib, lizinq şirkətləri üçün müəyyən vergi güzəştləri tətbiq edilib. Lizinq mühasibat uçotu standartlarının hazırlanması istiqamətində real irəliləyişlərə nail olunub.
E.Əhmədovun sözlərinə görə standartlar artıq hazırdır və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənib. Standartlar 2008-ci il yanvarın 1-dən tətbiq olunacaq.
İqtisadi əlaqələr üzrə İsveçrə dövlət katibliyinin (SECO) regional nümayəndəsi Tomas Mayerin (Tomas Meier) sözlərinə görə «Azərbaycanda lizinq layihəsi onun tərəfdaşı olan bir çox lizinq şirkətləri ilə sıx əlaqələr qurub, o cümlədən layihə çərçivəsində yaradılmış Lizinq Şirkətləri Assosiasiyasının imkanlarını genişləndirib. Bundan başqa, Azərbaycan Bank Tədris Mərkəzi ilə mülki əhalinin inkişafına yönəlik iş qurulub».
ALDP Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə SECO-nun $1,324 mln. məbləğində maliyyə yardımı hesabına 2003-cü ilin mayından gerçəkləşdirilir. Layihənin 2003-cü ilin mayından 2006-cı ilin mayına qədər həyata keçirilməsi nəzərdə tutulsa da daha sonra o, 2007-ci ilin mayına qədər uzadılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət