Rusiyanın Qafqaz regionundakı əsas üstünlüyü sabitliyin qorunub saxlanmasıdır. Rusiya Strateji və Siyasi Araşdırmalar Mərkəzinin (SSAM) vitse-prezidenti İrina Zvyagelskaya belə hesab edir.
“Rusiyanın postsovet məkanında və Qafqazda əsas üstünlüyü sabitliyin saxlanması, münaqişələrin həllində silahlı qüvvələrdən isifadə olunmamasıdır”,-deyə İ.Zvyagelskaya çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib. Ekspert qeyd edib ki, sabitlik geniş mənada iqtisadi və ekoloji məsələlər da daxil olmaqla təhlükəsizliyin təminatını nəzərdə tutur. “Sabitlik məsələsinə təkcə hərbi yox, həm də iqtisadi, ekoloji, nəzarət olunan miqrasiya da daxil olmaqla geniş anlamda təhlükəsizliyin təminatı aiddir”,-deyə SSAM-ın vitse-prezidenti vurğulayıb. İ.Zvyagelskaya qeyd edib ki, Gürcüstanla Rusiya arasında gərginliyin səbəblərindən biri münaqişələrin həllində silahlı qüvvələrdən istifadədir ki, Gürcüstan rəhbərliyi buna zəmanət verməyib. O, həmçinin gələcəkdə Gürcüstanın NATO-ya daxil olmasının mümkünlüyü ilə bağlı sayıq olmağın zərurliyini qeyd edib. “Rusiya Gürcüstanın NATO-ya daxil olmasının mümkünlüyünə ehtiyatla yanaşır. Öz-özlüyündə bu, vacib deyil, ancaq Gürcüstanın antirusiya mövqeyi bunu belə qəbul etməyə məcbur edir. Belə ki, bu əhval-ruhiyyə Gürcüstanın daxil olacağı təşkilatın mövqeyinə təsir göstərə bilər”-deyə SSAM-ın vitse-prezidenti vurgulayıb.
Ekspert Rusiyanın Azərbaycanla münasibətlərində başlıca prioritetlərdən biri kimi qarşılıqlı iqtisadi fəaliyyəti göstərib. “Əgər birinci yerdə təhlüksizlikdirsə, ikinci yerdə iqtisadiyyat, qarşılıqlı iqtisadi fəaliyyət gəlir ki, bu da Azərbaycanla münasibətlərdə çox mühümdür. Çünki hər iki ölkə enerji hasil edən ölkələrdir. İqtisadi planda resursların istifadəsində, enerji resurslarından daxil olan vəsaitlərin xərclənməsində ölkələrin bir-birinin təcrübəsi ilə tanış olması vacibdir”,-deyə İ.Zvyagelskaya bildirib.
Şərqşünaslıq Araşdırmaları Fondunun prezidenti Serqey Luzyanin isə Rusiya-Azərbaycan münasibətlərində balansın olduğunu qeyd edib. “Bu model daha çox balanslaşdırılıb, burada Gürcüstanla münasibətlərə xarakterik olan radikalizm yoxdur. Bu, həm ikitərəfli, həm də regional-kollektiv səviyyədə vəziyyətə şamil edilə bilər. Bu dialoq üzvü surətdə Minsk prosesinə də sirayət edir. Orada da hərbi-siyasi məqam yoxdur. Digər tərəfdən humanitar-təhsil-sivilizasiya sahələrinə vurğu edilir”,-deyə S.Luzyanin vurğulayıb. O qeyd edib ki, iki ölkə arasında ticarətin səviyyəsi onların potensialına cavab vermir.
Öz növbəsində, İ.Zvyagelskaya təhlükəsizlik baxımından hakimiyyətin varislik yolu ilə ötürülməsinin vacibliyini də qeyd edib. “MDB ölkələrində hakimiyyətin varislik yolu ilə ötürülməsi məsələsi gündəmdədir. Bunun üçün şəffaf və legitim mexanizmlər lazımdır. Rusiya və Azərbaycan üçün ən əsası sabitliyin təminatıdır. Mən hakimiyyətin elə yolla ötürülməsindən danışıram ki, partlayışa, siyasi elitalar arasında güclü rəqabətə, zor gücünə söykənən qarşıdurmaya gətirib çıxarmasın. Odur ki, hesab edirəm ki, əsas məsələ ölkələrimizin normal və yüksələn inkişafını təmin etməkdir”,-deyə o vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət