Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonunun Yusifcanlı kəndində yanğınların olması barədə məlumatın düzgünlüyünü yoxlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə XİN mətbuat mərkəzinin rəhbəri Xəzər İbrahim məlumat verib.
“Yanğınların təbii şəkildə baş verməsindən və ya bilərəkdən törədilməsindən asılı olmayaraq bu barədə məlumat təsdiqlənərsə, biz mütləq müvafiq beynəlxalq qurumlara müraciət edəcəyik”,-deyə X.İbrahim bildirib. O qeyd edib ki, “yanğınlar regionun ekoloji sisteminə zərər vurur və torpağa mənfi təsir göstərir. Azərbaycanlı məcburi köçkünlər həmin əraziyə qayıdanda bu torpaqlar onların həyat fəaliyyəti üçün yararsız ola bilər”.
X.İbrahim vurğulayıb ki, Azərbaycan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində ötən il baş vermiş yanğınlarla bağlı BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyini hər zaman qeyd edib.
2006-cı ilin yayında yanğınlar Azərbaycanın işğal altında olan dörd rayonunu əhatə etmişdi. O zaman Azərbaycan problemin yerindəcə öyrənilməsi, həmçinin məsələyə BMT çərçivəsində baxılması məqsədilə beynəlxalq ekspertlərin ölkəyə gəlişinə nail olmuşdu. BMT-nin sentyabr ayının 15-də qəbul etdiyi bəyanatda “təcili ekoloji əməliyyatların keçirilməsi və bütün yanğınların nəticələrinin aradan qaldırılmasının vacibliyi” bildirilib. Lakin qətnamədə bu əməliyyatların keçirilmə vaxtı göstərilmədiyindən vəziyyət dəyişməz olaraq qalır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət