“Azərdəmiryolbank” ASC Avropa Yenidənqurma və İnkişaf Bankı ilə $6 mln. dəyərində 2 yeni kredit sazişi imzalayıb. Bu barədə “Azərdəmiryolbank”ın məlumatında deyilir.
Müqavilələrdə AYİB tərəfindən ümumi maliyyələşdirmə üçün $5 mln. vəsaitin və $1 mln. kreditin ayrılması nəzərdə tutulur. Birgə maliyyələşdirmə proqramı kreditin ayrıldığı layihələr üzrə risklərin paritet əsaslarla bölünməsini nəzərdə tutur. Beləliklə, sahibkarların bu proqram üzrə maliyyələşdirilmə həcmi $10 mln. təşkil edəcək.
«Azərdəmiryolbank» AYİB-lə əməkdaşlığa 1998-ci ildə başlayıb. Yeni sazişlər nəzərə alınmaqla, AYİB tərəfindən banka investisiya qoyuluşlarının, eləcə də ticarət əməliyyatları, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin ümumi həcmi $24 mln.-a çatıb.
«Azərdəmiryolbank» SC 1989-cu ildə təsis edilib və respublikanın ən iri özəl banklarından biridir. Bankın təsisçilərindən biri AYİB-dir və bankın kapitalında 25%+1 səhmə malikdir.
«Azərdəmiryolbank» 2006-cı ilin yekunlarına əsasən "İnterfaks-İAM"nin hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 459-cu, Azərbaycan bankları sırasında isə 7-ci yeri tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət