Azərbaycan İpoteka Fondunun müvəkkil bankları tərəfindən 2007-ci ilin yanvar-may aylarında ölkə vətəndaşlarına ümumi məbləği 44,625 mln. manat olan 1103 kredit verilib. Bu barədə Fondun icraçı direktoru Faiq Məmmədov cümə günü mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə AİF banklara 34,545 mln. manat məbləğində 931 ipoteka kreditini təkrar maliyyələşdirib. «Fondun xətti ilə ipoteka kreditinin verilməyə başladığı vaxtdan (2006-cı ilin martı -İF) 50 mln. manatdan artıq 1348 krediti verilib», - deyə F.Məmmədov bildirib. Bununla yanaşı o əlavə edib ki, borc götürənlərin 70 faizi gənclər və gənc ailələrdir.
Cari ilin 5 ayı ərzində alınan mənzillərin orta qiyməti 46 532 manat (minimum 9293 manat) civarındadır, kreditlərin orta məbləği isə 37 235 manatdır. Alınan mənzillərin sahəsi (1 kv metrə görə) 779 manat (181 manat) olmaqla orta hesabla 60 kv metr (minimum 14 kv. m) təşkil edir. Kreditlər üzrə aylıq ödəniş isə 259 manatdır (54 manat). Borc götürənin orta yaş həddi 30-a ( minimum 19 yaş) bərabərdir.
5 ay ərzində ipoteka kreditlərinin verilməsi üzrə “Texnikabank” (22%), “Bank Standard” (12%), «Respublika» bankı (18%), “UniBank” (7%), “Turanbank” (4%), “Xalq bank” (8%), «NİKoyl» (2%), “Azərdəmiryolbank” (5%) liderdir.
İyunun 1-nə olan vəziyyətə görə 70 güzəştli kredit verilib. Belə kreditlərin 35 faizi hərbi qulluqçulara, 38 faizi məcburi köçkünlərə, 17 faizi dövlət qulluqçularına, 4 faizi idmançılara, 6 faizi isə elmlər namizədi və doktorlara verilib.
AİF-in xətti ilə verilən kreditlər ölkə vətəndaşlarının yaşayış şəraitinin yüksəldilməsinə xidmət edir.
AİF Milli Bank yanında 2006-cı ilin martında təsis olunub və 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb. Ötən il dövlət büdcəsindən kreditlərin verilməsi üçün 26 mln. manat ayrılıb. 2007-ci ildə isə bu məqsədlərr üçün daha 20 mln. manat ayrılacaq.
Standart şərtlər üzrə bir ipoteka kreditinin maksimum məbləği 50 min manat, maksimum müddəti 25 il, kredit üzrə maksimum faiz dərəcəsi isə illik 8 faizdir.
Güzəştli kreditlərin maksimum məbləği 35 min manat, illik dərəcə 4 % illikdir. Kreditlər 3 ildən 30 ilədək verilə bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət