2007-ci ildə Azərbaycanda dövlətə qaz təhvilinin ümumi həcmi 10,9 mlrd. kubmetr təşkil edəcək ki, bu da 2006-cı ilin göstəricisindən 2 dəfə çoxdur. Bu barədə ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı 14-cü illik “Caspian Oil&Gas-2007” konfransında məlumat verib.
“Cari ildə biz ARDNŞ-dən 5 mlrd., “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi çərçivəsində 3,2 mlrd. və “Şahdəniz” yatağından 2,7 mlrd. kubmetr qaz alacağımızı gözləyirik. Beləliklə, biz daxili ehtiyatlar hesabına özümüzü təmin və Rusiya qazının idxalından imtinanı kompensasiya edəcəyik”,-deyə X.Yusifzadə bildirib. O qeyd edib ki, cari ildə “Şahdəniz” yatağından qaz hasilatının ümumi həcmi 5,7 mlrd. kubmetr, 2008-ci ildə 8 mlrd. kubmetr təşkil edəcək. “2010-cu ildə Azərbaycan bütün qaz yataqlarndan 22,6 mlrd. kubmetr qaz alacaq”,-deyə vitse-prezident vurğulayıb.
“Şahdəniz” yatağının ehtiyatları 625 mlrd. kubmetr qaz və 101 mln. ton kondensat təşkil edir. “Mərhələ-1” çərçivəsində maksimal qaz hasilatının ildə 8,4 mlrd. kubmetr qaz, 2 mln. ton kondensat, gələcək işlənmə mərhələlərində isə ildə 16 mlrd. kubmetrə yaxın olacağı gözlənilir.
“Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyun ayının 4-də Bakıda imzalanıb. Layihənin iştirakçıları: “BP” (operator – 25,5%), Statoil (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%), və “TPAO” (9%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət