2007-ci il iyunun 1-nə Azərbaycanda 63 min ailə ünvanlı sosial yardım alır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini İlqar Rəhimov məlumat verilib.
“Hazırda Azərbaycanda 63 min ailə ünvanlı sosial yardım alır. Bir ailəyə yardımın həcmi 73 manat təşkil edir. 2006-cı il iyunun 1-nə bu göstərici 48 manat olub”, - deyə İ.Rəhimov bildirib. Onun sözlərinə görə 2007-ci il iyulun 1-dən ünvanlı sosial yardımın hesablanmasında istifadə olunan “ehtiyac meyarının” 14,3% - 40 manata qədər artması və ünvanlı sosial yardım alan hər bir nəfərə ilin sonuna qədər 5 manat əlavə verilməsi gözlənilir (elektrik enerjisi və enerji daşıyıcılarının qiymətinin bahalaşması ilə əlaqədar kompensasiya kimi).
O vurğulayıb ki, 2007-ci ilin sonlarına qədər ünvanlı sosial yardım alan ailələrin sayı 73-75 minə qədər arta bilər.
Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Yardımın həcmi “ehtiyac meyarı” və ailənin bir üzvünün gəliri arasındakı fərq əsasında müəyyən edilir. Adambaşına düşən gəlirinin bu meyardan az olduğu ailə ünvanlı sosial yardım alır.
2006-cı ildə 50 min ailə ünvanlı sosial yardım alıb və bu məqsədlə dövlət büdcəsindən 10 mln. manat ayrılıb.
2007-ci ildə ünvanlı sosial yardımın verilməsi üçün dövlət büdcəsindən 78 mln. manatın ayrılması nəzərdə tutulub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət