Gələcək yeni Fələstin dövləti İsraillə dinc yanaşı yaşamalı və müharibə ideyalarından əl çəkməlidir. Bu barədə İsrail XİN-nin siyasi məsələləlr üzrə baş direktorunun birinci müavini Yossi Qall bəyan edib.
«Əsas prinsipial məqamlardan biri (Yaxın Şərq münaqişəsinin nizamlanmasında-İF) Fələstin dövlətinin İsraillə dinc yanaşı yaşaması və müharibə ideyalarından əl çəkməsindir», - deyə Y.Qall Bakıda mətbuat konfransında bəyan edib. «Biz Qəzzanı fələstinlilər üçün tamamilə boşaltdıq və bunu öz tərəfimizdən atılan sülhə doğru addım olacağını hesab etdik. Lakin fələstinlilər İsraillə sülhün əleyhinə olan və bizim yaşayış məntəqələrimizin atəşə tutulması ilə bağlı məsuliyyəti öz üzərinə götürən “Həmas”ı hakimiyyətə gətirdilər», - deyə o qeyd edib. «Lakin buna baxmayaraq, biz sülhə nail olmaq üçün əlimizdən gələni edirik və Fələstin liderləri ilə danışıqları davam etdiririk. Qeyd etməliyəm ki, təkcə İsrail deyil, aparıcı dördlük tərəfindən də (BMT, Avropa Birliyi, ABŞ və Rusiya) tərəfindən də “Həmas” terrorçu təşkilat kimi tanınır», - deyə İsrail diplomatı qeyd edib. Onun sözlərinə görə bu gün Yaxın Şərqdəki qüvvələr iki düşərgəyə bölünüb: ekstremistlər və loyallar. «Xoşbəxtlikdən ölkələrin əksəriyyəti loyal mövqedədir, sülhün və barışığın tərəfdarıdır. Ekstremistləri isə terrorizmi dəstəkləyən ölkələr müdafiə edir. Mən Fələstindəki “Həmas”dan, Livan və İrandakı “Hizbullah”dan və onları dəstəkləyənlərdən danışıram», - deyə Y.Qall qeyd edib. «İsrail Fələstin-İsrail münaqişəsinin İsrail və gələcək yeni Fələstin dövləti tərəfindən həll olunmasının tərəfdarıdır», - deyə o etiraf edib.
Azərbaycanın Yaxın Şərq münaqişəsindəki mövqeyindəki rolunu şərh edərkən İsrail XİN-nin nümayəndəsi “bizim münasibətlərimiz inkişaf etməlidir və bu anlamda Azərbaycan aşkarlıq, səmimilik və tolerantlıq nümayiş etdirməlidir».
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət