Çərşənbə axşamı Bakıda GUAM dövlətləri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) başçılarının sammiti açılır.
Sammitdə iştirak etmək üçün Gürcüstan və Ukrayna prezidentləri Mixail Saakaşvili və Viktor Yuşenko, həmçinin Moldovanın baş naziri Vasiliy Tarlev ötən gün Bakıya gəliblər. Bununla yanaşı, sammitdə müşahidəçi qismində Polşa və Litva prezidentləri Lex Kaçinski və Valdas Adamkus, həmçinin digər dövlətlərin nümayəndələri də iştirak edəcəklər.
Sammitdə əsas müzakirə obyekti təhlükəsizlik, beynəlxalq terrorizmlə mübarizə, həmçinin nəqliyyat dəhlizlərində təhlükəsizliyin təminatı, iqtisadi və humanitar inteqrasiya məsələləri olacaq. Sammitin yekunlarına əsasən Bakı bəyannaməsinin və başqa sənədlərin imzalanması gözlənilir.
Ötən gün Bakıda GUAM ölkələri xarici işlər nazirləri Şurasının (XİNŞ) iclası keçirilib. İclasda təşkilatın sülhməramlı kontingentinin yaradılması barədə razılıq əldə olunub. Sonra XİNŞ GUAM-ABŞ və GUAM-Yaponiya formatlarında öz işini davam etdirib. Həmin gün GUAM ölkələri dövlət qurumları rəhbərlərinin üç blok üzrə iclasları keçirilib: energetika, hüquq-mühafizə strukturları, təhlükəsizlik strukturu və humanitar blok. Həmçinin ötən bazar ertəsi Azərbaycan paytaxtında GUAM ölkələri Ticarət-Sənaye palataları rəhbərlərinin iştirakı ilə İşgüzar Şuranın iclası keçirilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət