Beynəlxalq bank beynəlxalq reytinqinin Azərbaycanın reytinq səviyyəsinə çatdırılmasını iddia edir. Bu barədə bankın idarə heyətinin sədri Vaqif Əkbərov Azərbaycanın reytinq məsələləri üzrə konfransda bəyan edib.
Onun sözlərinə görə hazırda bank “Moody’s Investors Services” və “Fitch Ratings” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. «Beynəlxalq bank öz kredit reytinqini ölkənin müstəqil reytinqi ilə bərabərləşdirməyi planlaşdırır», - deyə o qeyd edib və əlavə edib ki, bankın yaxşı göstəricilərə malik olmasına baxmayaraq, “Moody`s Investors”un Beynəlxalq banka ölkə səviyyəsində reytinq (“Fitch” versiyasına görə BB+, “Moody`s” versiyası üzrə isə Baa2 ) verməkdən imtina edib. «İmtina bankın hökumət tərəfindən virtual defolt şəraitində kifayət qədər dəstəklənəcəyinə əmin olmaması ilə izah olunur. Belə olan halda, bankın hökumət tərəfindən nə dərəcədə dəstəklənəcəyi məlum deyil. Lakin Beynəlxalq bank sistemqurucu olduğundan, dəstəyin olacağına da heç bir şübhə yoxdur», - deyə V.Əkpərov qeyd edib.
Buna baxmayaraq, Beynəlxalq bank bu il öz reytinqini təzələmək niyyətindədir və iyunun 27-də “Fitch Ratings”, daha sonra isə “Moody’s” agentlikləri ilə bankın reytinqinin qiymətləndirilməsi barədə danışıqlara başlanılacaq.
«Beynəlxalq bank tərəfindən ilk avrobondların buraxılışının təşkili üzrə menecerlər olan “Citigroup” və “JP Morgan” bankın reytinqinin suveren reytinqlə eyniləşdirilməsi mümkünlüyünü bəyan edib. Bununla yanaşı, agentlik bundan imtina edir və bankın reytinqini müstəqil səviyyədən aşağı qiymətləndirir», - deyə V.Ələkbərov qeyd edib.
Bundan əlavə, Beynəlxalq bank üçüncü beynəlxalq reytinqin alınmasında da iddialıdır. Bununla əlaqədar, bank ölkə hökuməti tərəfindən 3-cü beynəlxalq agentlikdən reytinqin alınması prosesinin başlanılması təşəbbüsü ilə çıxış edib. «İkinci reytinqdə olduğu kimi, onu əvvəlcə ölkə almalıdır. Bundan sonra, təsərrüfat subyektləri buna iddia edə bilər. Biz hələ 2004-cü ildə 2-ci reytinqin alınmasını planlaşdırmışdıq. Lakin hökumətin planlarının yubanması üzündən bu reytinqin banka verilməsindən imtina edildi və o, yalnız 2006-cı ildə mənimsənildi ki, bu da bankın əməliyyatlarına mənfi təsir göstərdi», - deyə V.Əkbərov bildirdi.
«2007-ci ilin oktyabr-noyabrında $200 məbləğində avrobondların buraxılışı üzrə Beynəlxalq bankın təlabatları nəzərə alınaraq, 3-cü reytinqin alınmasına ehtiyac yaranıb. Belə ki, bu, investorların daha geniş dairəsini əhatə edə bilər», - deyə bankın sədr müavini qeyd edib.
“Moody’s Investors Services” agentliyi xarici valyuta üzrə bankın uzunmüddətli reytinqini Ba2, “Fitch Ratings” isə "BB" səviyyəsində qiymətləndirib.
Azərbaycan Beynəlxalq Bankı respublikanın ən böyük bankıdır. Bank 1992-ci ildə səhmləşdirilib və dövlətin idarəçiliyi altındadır. Bankın səhmlərinin nəzarət paketinin 50,2%-i MN–nə, 10%-i bankın əməkdaşlarına, 40%-ə qədəri isə fiziki şəxslərə məxsusdur.
ABB 2006-cı ilin yekunlarına əsasən “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB ölkələri sırasında 50-ci, Azərbaycan bankları sırasında isə 1-ci yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət