Rusiya və Moldova prezidentləri Vladimir Putinlə Vladimir Voronin Rusiya dövlət başçısının Moskva ətrafındakı iqamətgahında görüş zamanı Dnestryanı nizamlanma məsələsini müzakirə edəcəklər.
“Düşünürəm ki, bizim siyasi problemlərlə bağlı danışmağa sözümüz var. Mən hər şeydən öncə Dnestryanı nizamlanmanı nəzərdə tuturam”,-deyə V.Putin cümə günü görüşü açarkən bildirib. O həmçinin qeyd edib ki, “Rusiya hökuməti Moldova şərabının Rusiya bazarına çıxarılması haqda müvafiq göstəriş verib. “Bildiyiniz kimi, kənd təsərrüfatı sahəsinin bəzi istiqamətləri üzrə əməkdaşlıqla bağlı blokadanın aradan qaldırılması üçün ilk addımlar atılıb. Bu, bitkiçilik və ət məhsullarına aiddir”,-deyə V.Putin qeyd edib. Rusiya prezidenti əlavə edib ki, ümumilikdə Rusiya və Azərbaycan arasında münasibətlər, ilk növbədə iqtisadi sahədə əlaqələr “yaxşı inkişaf edir”. Onun sözlərinə görə 2005-ci ildən qarşılıqlı əmtəə dövriyyəsinin artımı 99% təşkil edib və hazırda $1 milyarda yaxınlaşır”.
Moldova prezidenti isə ikitərəfli münasibətlərin vəziyyəti və perspektivlərinin müzakirəsində maraqlı olduğunu bəyan edib. O, son vaxtlar həll olunan məsələlər sırasında Moldovanın qazla davamlı olaraq təmin olunması barədə razılığın əldə olunmasını göstərib. “Əvvəlki illərdə vəziyyət gərgin olub. Lakin hazırda beş il müddətinə sabit müqaviləmiz var, bu məsələdə tam razılaşma əldə olunub və bütün işlər normal gedir”,-deyə Moldova prezidenti vurğulayıb. O qeyd edib ki, “”1-2 il bundan öncə mövcud olan maneələr praktik olaraq son ildə aradan qaldırılıb”. “Mən sizinlə razıyam. Biz Dnestryanı mövzu ilə bağlı siyasi məsələləri də müzakirə etməli, yeni vəzifə və məqsədləri müəyyən etməliyik”,-deyə V.Voronin vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət