Rəsmi Bakı Ermənistan və ATƏT-in Minsk qrupundan Qarabağ münaqişəsinin nizamlanmasına dair tədbirlərin həyata keçirilməsini gözləyir. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə məlumat verib.
“Əgər vəziyyət belə davam edərsə, o tərəflərin heç birinə fayda gətirməyəcək. Həmsədrlər öz ölkələrinin siyasi gündəliyinə uyğun olaraq, həmçinin öz şəxsi peşə karyeralarını nəzərə alaraq, yəqin ki, ilin sonuna kimi nə ilə məşğul olacaqlarını anlamağa çalışacaqlar”,-deyə A.Əzimov bildirib.
Onun sözlərinə görə ümid vasitəçilərin ciddi və qətiyyətli addımlar atacaqlarına və son üç ildə hazırlanan nizamlanma prinsiplərini əhatə edən layihə üzərində işin məntiqi davamını gözləməyə qalır.
“Ermənistan prezidenti Sankt Peterburqda vaxt istəmişdi və ona kifayət qədər vaxt verilib. Ola bilsin ki, Ermənistan rəhbərliyi öz daxili maraqlarını, yəni dövlətin və xalqın maraqlarını cəmləşdirib onları düzgün təhlil edəcək və öz mövqeyində müsbət dəyişikliklıər edəcək”,-deyə A.Əzimov bildirib. O rəsmi Bakının bu dəyişikliklərin konstruktiv olacağına ümid bəsləmək istədiyini qeyd edib.
Nazir müavini ilk növbədə Dağlıq Qarabağda Azərbaycan və erməni icmalarının birgə yaşayışı üçün təhlükəsiz şəraitin yaradılmasının vacibliyini vurğulayıb.
“Qarabağ regionunun yuxarı hissəsində yaşamış erməni və Azərbaycan icmaları orada yaşamalı, öz həyatlarını birgə qurmalıdırlar. Sonuncu mərhələdə buna nail olmaq üçün əvvəldə, yəni ilk mərhələdə təhlükəsizlik şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün müəyyən aydınlıqlara nail olmalıyıq”,-deyə A.Əzimov vurğulayıb. O əlavə edib ki, konkret məsələlərin həlli üçün sonda tərəflər arasında prinsipial razılaşma əldə olunmalıdır. Həmin razılaşmaların əsasında müəyyən məsələlərin texniki və praktiki həlli üçün saziş hazırlanmalıdır.
“Saziş ilk növbədə Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışını təmin etməlidir. Rəsmi Bakı həmişə bu mövqenin tərəfdarı olub”, - deyə A.Əzimov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət