Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi “Gədəbəy Respublika İdman Kompleksi” SC-in 95,75 % səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Komitədən verilən məlumata görə, SC-in 78 519 səhmlərinin satışı üzrə keçirilən müsabiqədə yerli investorlarla yanaşı, xarici sərmayəçilər də iştirak edə bilər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramında idman kompleksinin beynəlxalq standartlara cavab verməsi üçün onun əsaslı şəkildə təmir- bərpa və yenidənqurma işləri ilə bağlı təkliflər öz əksini tapmalıdır. Həmçinin kompleksdə məşqlər və idmanın müxtəlif növləri (təkbətək döyüş, ağır atletika, qılınc oynatma, stolüstü tennis, basketbol və s.) üzrə yarışmalar keçirmək üçün şərait yaradılması nəzərdə tutulmalıdır. Bundan əlavə, investisiya proqramı özündə idman kompleksində yaradılan şəraitdən əhalinin az imkanlı təbəqəsinin və sosial təminatlı işçilərin müəyyən imtiyazlarla istifadə edə bilməsi ilə bağlı təklifləri əks etdirməlidir. Bundan başqa, investisiya proqramında bu məqsədlər üçün qoyulacaq sərmayənin həcmi və qoyulma müddəti göstərilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə 40 min manatdan az olmamaq şərtilə pul vəsaiti köçürməlidir, bundan əlavə, silinmək üçün 4 mindən az olmayan özəlləşdirmə çekini təqdim etməlidir, xarici sərmayəçilər isə qalib gəldikləri halda analoji həcmdə özəlləşdirmə opsionları təqdim etməlidirlər.
Səhmlərin alqı-satqısı haqqında saziş müsabiqənin nəticələri təsdiq olunandan sonra 30 gün ərzində imzalanmalıdır. Sazış imzalandıqdan sonra müsabiqənin qalibi 60 gün ərzində dövlət büdcəsinə səhmlərə görə tələb olunan vəsaiti köçürməlidir; 90 gün ərzində isə silinmək üçün özəlləşdirmə çeklərini təqdim etməlidir. Bundan əlavə, müqavilə imzalandıqdan sonra 60 gün ərzində müsabiqənin qalibi göstərliən ümumi məbləğin 5 %-ni SC-in hesabına köçürməlidir..
Müsabiqə ilə bağlı təkliflər 2007-ci il avqustun 27-dək qəbul olunacaq. Təkliflərin qiymətləndirilməsi avqustun 29-da baş tutacaq.
SC-in kreditor borcları 2007-ci il iyul ayının 1-i üçün 9,03 min manat təşkil edir, onun debitor borcları yoxdur.
İdman kompleksi istifadəyə 1973-cü ildə verilib və o, 1,58 ha ərazini əhatə edir. Burada çalışanların ümumi sayı 8 nəfərdir.
SC-in nizamnamə kapitalı 2007-ci il iyulun 1-i üçün 164,002 min manat təşkil edir.O nominal dəyəri 2 manat olan adi adlı səhmlərə bölünüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət