Rusiya Qəbələ RLS-dən birgə istifadə ilə bağlı məsləhətləşmələrdə ABŞ-ın Şərqi Avropada raket əleyhinə müdafiə (RƏM) elementlərinin dayandırılmasına nail olmağa çalışacaq. Bu barədə RF Kosmik qoşunları qərargah rəisinin müavini, generel-mayor Aleksandr Yakuşin məlumat verib.
“Həmin məsləhətləşmələrdə vəzifəmiz Şərqi Avropada – Çexiya və Polşada RƏM elementlərinin yerləşdirilməsinin qarşısını almaqdır”,-deyə A.Yakuşin şənbə günü Moskvada jurnalistlərə bildirib. O, sentyabrın 18-də Bakıda RF XİN və Müdafiə Nazirliyi, həmçinin Amerika və Azərbaycan tərəflərinin təmsilçilərinin iştirakı ilə keçiriləcək danışıqlarda Rusiya qrupuna rəhbərlik edəcək. A.Yakuşin bildirib ki, görüş üç-dörd saat davam edəcək və bundan sonra iştirakçılar onun yekunları barədə jurnalistlərə məlumat verməyə hazır olacaq. General qeyd edib ki, Qəbələdə radardan ABŞ ilə birgə istifadə olunmasında əsas məqsəd hazırkı durumun, həmçinin raket təhlükəsi olan cənub istiqamətindən bu təhlükənin dinamikasının qiymətləndirilməsidir. A.Yakuşin qeyd edib ki, bugünkü mərhələdə əsas məsələ “cənub istiqamətdən olan real təhlükələrə qarşı adekvat reaksiya verməkdir”.Onun sözlərinə görə sentyabrın 18-də Azərbaycanda keçiriləcək danışıqların nəticələri barədə Rusiyanın hərbi-siyasi rəhbərliyinə məlumat veriləcək, o cümlədən oktyabrda keçiriləcək “iki üstəgəl iki” (Müdafiə Nazirliyi və XİN) formatında Rusiya və ABŞ danışıqlarında istifadə olunacaq. İşçi qrupuna Rusiya tərəfdən Müdafiə və Xarici İşlər nazirliklərinin nümayəndələri daxildir. ABŞ-ı isə Pentaqon, RƏM üzrə Agentliyin nümayəndələri və başqa ekspertlər təmsil edəcək.
Bakı görüşündə Azərbaycan tərəfinin təmsilçiləri də iştirak edəcəklər. Generalın sözlərinə görə bu, Rusiyanın RLS-i icarəyə götürməsilə əlaqədardır. A.Yakuşin bildirib ki, danışıqlarda hər tərəfdən 10-a yaxın adam iştirak edəcək. O qeyd edib ki, Qəbələdə qapalı obyektdə keçiriləcək danışıqlara jurnalistlər buraxılmayacaq. Onlar danışıqların yekunları barədə məlumatı danışıqlar başa çatdıqdan sonra hərbi hissənin hüquqlarından kənarda əldə edə bilərlər. Eyni zamanda A.Yakuşin deyib ki, Rusiya tərəfdən açıqlığın dərəcəsi göstərir ki, ABŞ təmsilçiləri qapalı obyektə buraxılacaq. Obyekt Rusiyanın milli təhlükəsizliyinin təminatında böyük rol oynayır. O ümidvar olduğunu bildirib ki, gələcəkdə Rusiya tərəfin təmsilçilərinə ABŞ ərazisində analoji obyektlə tanışlığa imkan yaradılacaq. “Hər halda biz buna ümid edirik”,-deyə A.Yakuşin vurğulayıb. Rusiyalı hərbçi bildirib ki, sentyabrın 18-də Qəbələ RLS-də keçiriləcək danışıqlarda hər hansı sənədin imzalanması planlaşdırılmır. “Bu, siyasətçilərin səlahiyyətidir”,-deyə general vurğulayıb. O həmçinin qeyd edib ki, Armavir rayonunda radiolokasiya stansiyasının inşası başa çatdıqdan sonra bu, “cənub istiqamətindən raket buraxılışını izləmək imkanlarımızı ikiqat artıracaq ”. Generalın fikrincə, bu RLS-in imkanlarından raket təhlükəsi olan cənub istiqamətinin beynəlxalq monitorinqində istifadə oluna bilər.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət