Türkiyə prezidenti Abdulla Gülün ilk rəsmi səfərini Azərbaycana etməsi və bu səfərin ikitərəfli diplomatik əlaqələrin qurulmasının 15 illiyi ilə üst-üstə düşməsi Bakı və Ankara arasındakı münasibətlərin inkişafı üçün yaxşı stimul olacaq. Bu sözləri prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər üzrə sektor müdiri Fuad Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Bu kontekstdə Azərbaycan və Türkiyənin strateji müttəfiq olduğunu qeyd etmək lazımdır. Hər iki ölkə arasındakı əlaqələr aktiv siyasi, ticarət-iqtisadi və investisiya əməkdaşlığına əsaslanır və mühüm beynəlxalq və regional problemlərə eyni yanaşmaya malik olan ölkələrin münasibəti kimi xarakterizə edilir”,- deyə o bildirib.
F.Axundovun sözlərinə görə hər iki ölkə qlobal və regional enerji təhlükəsizliyi məsələsinin həllinə yönələn iri beynəlxalq enerji və nəqliyyat layihələrinin reallaşmasında mühüm rol oynayır.
O xatırladıb ki, danışıqların yekunlarına əsasən İ. Əliyev və A.Gül noyabrın 6-da beş vacib sənəd (siyasi bəyannamə və iqtisadi və humanitar sahələrdə əməkdaşlıq haqqında dörd saziş) imzalayıb, “bu da siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün vacib hüquqi baza yaradılması baxımından çox vacibdir”. “Bununla da iki ölkə arasında imzalanmış sazişlərin ümumi sayı 122-yə çatıb. Bu göstərici ilə Türkiyə demək olar ki, Rusiyaya yaxınlaşıb. Lakin rəqəmlər vacib deyil, ən vacibi onun arxasında dayanan nazirlik və təsisatlar, özəl şirkətlər arasında aktiv əməkdaşlıq, intensiv humanitar əlaqələrdir. Ona görə də Türkiyə 2007-ci ilin 8 ayının nəticələrinə görə ənənəvi lider olan Rusiyanın göstəricilərini (0,9 mlrd. dollar) geridə qoyaraq ilk dəfə Azərbaycanın aparıcı ticarət tərəfdaşı (1,1 mlrd. dollar) olub”,- deyə F. Axundov bildirib.
O imzalanan sənədlər arasında prezidentlərin imzaladığı və “özündə dünya siyasətinin aktual məsələlərinə, regional vəziyyətə və ikitərəfli əməkdaşlığa, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf perspektivlərinə tərəflərin yanaşmasını əks etdirən” birgə bəyanatı xüsusi qeyd edib.
F.Axundov bəyanatda tərəflərin Qarabağ və Kipr münaqişələri ilə bağlı məsələlərin həllində, 1915-ci il hadisələri ilə bağlı tarixin saxtalaşdırılmasına cəhd edilməsini qınamaqda və Avropaya inteqrasiya məsələsində birlik nümayiş etdirdiklərinin qeyd edilməsinin vacibliyini xüsusi vurğulayıb.
“Bəyanatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olmasının bildirilməsi və Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ və İslam Konfransı Təşkilatının (İKT) qətnamələri, eləcə də ATƏT-in Lissabon sammitinin prinsiplərinə əsasən sülh yolu ilə həll edilməsinin qeyd edilməsi Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır. Öz növbəsində Azərbaycan da Kipr probleminin həlli ilə bağlı özünün prinsipial mövqeyini yenidən təsdiqləyərək onun BMT çərçivəsində və təşkilat tərəfindən onun nizamlanması üçün müəyyən edilən parametrlərə uyğun nizamlanması üçün göstərilən səylərə dəstək olduğunu bildirib”,- deyə F. Axundov qeyd edib.
Onun sözlərinə görə iki ölkə lideri Bakı-Tiflis-Ceyhan neft kəmərinin, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin və Bakı-Tiflis-Qars dəmir yolu layihələrinin qlobal və regional əhəmiyyətini təsdiqləyərək, layihələrin uğurla həyata keçirilməsi məqsədilə Azərbaycan, Gürcüstan və Türkiyə ilə bu sahədəki üç tərəfli əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bəyan ediblər.
“Bəyanatın ən vacib tərəfi isə iki ölkə arasındakı münasibətlər tarixində ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikasının elan olunmasının 90, Türkiyə Respublikasının isə 85-illiyinə həsr olunan birgə tarixi tədqiqatların və təntənəli tədbirlərin keçririlməsi ilə bağlı qərarın qəbul olunması olub”,- deyə o bildirib.
“Ümumilikdə Bakıda imzalanan siyasi sənəd iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu təsdiqlədi və iki dost ölkənin prezidentlərinin ikitərəfli münasibətlərin daha geniş spektrdə inkişafına nail olmaq üçün strateji əməkdaşlığı gələcəkdə də genişləndirməyə hazır olduqlarını nümayiş etdirdi”,- deyə F. Axundov bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət